Yuxarı

Pokrovsk Rusiya üçün niyə belə vacibdir? - NYT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pokrovsk Rusiya üçün niyə belə vacibdir? - NYT

Rusiya atəş gücünü və qoşunlarını Pokrovsk üzərində cəmləşdirir. Bir ildən çox davam edən döyüşlərdən sonra Pokrovsk demək olar ki, xarabalığa çevrilib. Müharibədən əvvəl 60 min olan əhali sayı indi 1300-dən də azdır.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.

“Əgər Pokrovsk süqut etsə, o, 2023-cü ilin mayında Baxmut uğrunda döyüşlərdən sonra Ukraynanın itirdiyi ən böyük şəhər olacaq. Şəhər Rusiya qoşunlarının uzun müddətdir iddia etdiyi, Donetsk vilayətində Ukraynanın nəzarətində qalan yeganə iri şəhərlər — Slavyansk və Kramatorska yaxınlaşmasına mane olan son böyük maneə hesab olunur.

Pokrovskun ələ keçirilməsi Kremlin bu narrativi irəli sürməsinə kömək edə bilər ki, guya Rusiya döyüş meydanında irəliləyir və əgər Ukrayna Moskvanın ağır şərtlərlə müharibəni dayandırmaq təklifini qəbul etməsə, vəziyyət onun üçün daha da pisləşəcək. Putin ABŞ Prezidenti Donald Trampın atəşkəs çağırışlarını qulaqardına vuraraq, cəbhə boyunca hücumu davam etdirir.

Ukrayna isə Pokrovsku saxlamaq uğrunda döyüşür, qismən də bu narrativi təkzib etmək və Trampın gözlənilməz administrasiyasından daha çox dəstək almaq üçün buna çalışır.

Geosiyasi mesajdan əlavə, Pokrovskun itirilməsinin Ukrayna üçün hərbi baxımdan əhəmiyyəti nisbətən kiçik ola bilər. Rusiyanın mərhələli uğurları çox böyük itkilər bahasına başa gəlir. Ukrayna Pokrovsku qorumağa çalışsa da, hərbi komandirlər bildirirlər ki, Ukrayna Silahlı Qüvvələrinin bu bölgədə rus qoşunlarına vurduğu ağır itkilər ümumilikdə Rusiyanın hərbi kampaniyasına zərbə vurur”, - nəşr qeyd edib.

Tarix
2025.11.07 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla