Yuxarı

Əgər AB bunu etməsə, Ukraynanı maliyyələşdirə bilməyəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əgər AB bunu etməsə, Ukraynanı maliyyələşdirə bilməyəcək

Ukraynaya 2026-cı il üçün maliyyə dəstəyinin təmin edilməsi məqsədilə Avropa Birliyi eyni anda üç növ mənbədən istifadə edəcək, lakin dondurulmuş Rusiya aktivlərinin cəlb edilməsi mütləq onlardan biri olmalıdır.

Axar.az xəbər verir ki, bunu ukraynalı iqtisadçı ekspert Oleq Pendzin bildirib.

Ekspert qeyd edib ki, “reparasiya krediti” olmadan Avropa zəruri vəsaiti toplaya bilməyəcək. O, Kiyevə yardım göstərilməsinin hər bir alternativini ayrıca nəzərdən keçirib:

“Birinci variant – AB-yə üzv ölkələrin birbaşa qrantlarıdır. Qrant proqramları hazırda Skandinaviya ölkələri ilə mövcuddur. Orada məbləğlər milyardlarla deyil, yüz milyonlarla ölçülür və məqsədli şəkildə, məsələn, Ukraynanın enerji infrastrukturunun dəstəklənməsinə yönəldilir.

Qrantların həcmi nisbətən çox kiçikdir və bu, Ukraynanın 2026-cı il üçün hərbi xərclərindəki əlavə ehtiyacları təmin edə biləcək səviyyədə deyil.

İkinci variant – birgə borclanmalardır. Yəni AB sıfır kuponlu avrobondlar buraxacaq, bu barədə Makron əvvəllər demişdi. Bu, əlavə vəsait əldə etməyin yollarından biridir, AB-nin belə adlandırılan kollektiv borclanmasıdır. Lakin burada da böyük məbləğ gözlənilmir”.

Pendzinin fikrincə, digər iki variant “reparasiya krediti” ilə birlikdə eyni anda, lakin tam gücü ilə deyil, paralel şəkildə işləyəcək:

“Bu, hazırda AB-nin Ukraynaya dəstəyinin ən real modeli hesab olunur”.

Tarix
2025.11.07 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla