Yuxarı

Nazirlik xalq artistini mükafatlandırdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik xalq artistini mükafatlandırdı

Mədəniyyət və Turizm Nazirliyi teatr sənəti sahəsindəki xidmətlərinə görə və anadan olmasının 80 illiyi münasibətilə xalq artisti, Prezident təqaüdçüsü, teatr rejissoru Ağakişi Kazımovu mükafatlandırıb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, xalq artistinin 80 illik yubiley gecəsi oktyabr ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Xatırladaq ki, A.Kazımov 1935-ci il iyun ayının 28-də anadan olub. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun "Dram və kino aktyoru" fakültəsində ali təhsil alıb. 1960-cı ildə Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrında baş rejissor göndərilmiş sənətçi 1964-cü ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun "Rejissorluq" fakültəsinə daxil olub. 1969-1970-ci illərdə A.Kazımov əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışıb. Onun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirən "Müsibəti Fəxrəddin" (N.Vəzirov), "Toy" (S.Rəhman)-Sumqayıt Dövlət Dram Teatrında, "Təzə gəlin" (S.Dağlı), "Arşın mal alan" (Ü.Hacıbəyov), "Xoşbəxtliyə gedən yol" (İ.Dunayevski)-Dövlət Musiqili Komediya Teatrında, "Komsomol poeması" (İ.Coşqun), "Məlik Məmməd" (Ə.Abbasov), "Hacı Qənbər" (N.Vəzirov), "Kiçik təpə" (N.Xəzri), "Büllur sarayda" (İ.Əfəndiyev) və s. Gənc Tamaşaçılar Teatrında hazırlanan bu tamaşalar müxtəlif janrlıdırlar. Bu da rejissorun sənət duyumunun əsas göstəricisi kimi qiymətləndirilə bilər. A.Kazımov hal-hazırda Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində işləyir. O, bu teatrda bir çox quruluşlar üzərində işləyib.

Qazandığı sənət uğurlarına görə Ağakişi Kazımov 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2000-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.

Tarix
2015.06.05 / 01:51
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Fələstinli satqınları dəhşətli ölüm gözləyir

İlham Əliyevlə Makronun səmimi görüşü - Video

İlham Əliyev Trampla görüşdü - Video

MN-dən Özbəkistandakı təlimlə bağlı yeni məlumat

İlham Əliyevin Misirdə liderlərlə səmimi söhbəti - Yeni video

İlham Əliyev Britaniya baş naziri ilə görüşdü - Video

İlham Əliyev Ərdoğanla görüşdü - Video

Şahin Mustafayev Overçukla görüşdü

Tramp Azərbaycan və Ermənistan arasındakı sülhdən danışdı

Orbanın Əliyevə qardaş ehtiramı: baş əydi – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla