Yuxarı

Elvin Adıgözəl alman filmini təqdim etdi – Fotolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elvin Adıgözəl alman filmini təqdim etdi – Fotolar

Dünən Kapellhaus, Alman-Azərbaycan Mədəniyyət Birliyində alman rejissoru Andreas Dresenin filminin nümayişi olub.

Axar.az xəbər verir ki, məşhur rejissorun "Whisky mit Wodka" (Araqla viski - 2009) filminin nümayişindən əvvəl rejissor Elvin Adıgözəlin film barədə təqdimatı olub.

Filmin nümayişi "ALOV - Mədəni tədbirlər və rəssam rezidensiyaları layihəsi" çərçivəsində baş tutub.

Gürcüstanda yerləşən "Goethe-Institutun Film" arxivi tərəfindən təqdim edilən film haqqında Elvin Adıgözəl bunları deyib: "Həyatın içindəki insan tənhalıqlarını və münasibətlər fonunda eqoizmin dərəcələrini göstərən tragikomediya filmində möhtəşəm aktyor və aktrisa heyəti yer alıb. "Whisky mit Wodka" (Araqla viski) filmi bir kino truppasının həyatını və başlarına gələnləri satirik və bir qədər də melanxolik üslubla təqdim edir. Əslində, məşhur olan aktyorlar və məşhur olmayan xəyalpərəstlər bir-birindən həm fərqli, həm də bənzər yaşayışa sahibdirlər. Andreas Dresen festival filmi üslubunu saxlamasına baxmayaraq, eyni zamanda düşünən, zövqlü, fərqli tamaşaçıya xitab edən bir film çəkib. Sanki həyatda heç kim əslində lazım olan yerdə deyil".

Filmin nümayişinə giriş pulsuz olub. Nümayişdə sadə tamaşaçılarla yanaşı yerli aktyor və rejissorlar da iştirak edib.

Tarix
2015.06.05 / 15:32
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla