Yuxarı

Fransız rejissor Bakıda həyatını danışacaq

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransız rejissor Bakıda həyatını danışacaq

İyunun 10-da saat 18:30-da publisist, kinorejissor, jurnalist və Fransa televiziyasının aparıcısı Serj Moati Bakıda Fransız İnstitutunda "Əsrimizi müşahidə etmək və yaşamaq – bir publisist və kinorejissorun əhvalatı" adlı konfrans keçirəcək.

Axar.az xəbər verir ki, bu konfrans, Fransız İnstitutunun direktoru ilə dialoq şəklində olacaq.

Serj Moati öz həyat və karyerasını hissə ilə nəql edəcək, həyatı, fəaliyyəti barədə film hazırladığı və tez-tez müsahibələr götürdüyü məşhurlar haqqında da danışacaq. O həmçinin, jurnalistika və kinorejissorluq məsləyi barədə məlumat verəcək və daha sonra konfrans iştirakçıları ilə müzakirə aparacaq.

İyunun 11-də saat 18:30-da, cənab Moatinin də iştirakı ilə, "Yelizey 2012, əsl təşviqat" adlı sənədli filmi nümayiş etdiriləcək. Nümayişdən sonra filmin çəkilişi və sənədli filmin yaradılması barədə müzakirə aparılacaq.

Fikir yaradıcısı və cəmiyyətimizin audiovizual sahəsi üzrə mütəxəssisi olan Serj Moati film və veriliş yaradıcılığının səhnəarxasını dinləyicilərlə bölüşəcək. Yaratdığı məşhur proqramlar zamanı o, hər zaman söz azadlığını qoruyub, söz yığınından qaçıb və izləmə həvəsi oyandırıb.

Siyasət və cəmiyyət dünyası barədə dərin biliklərə malik olan Serj Moati media və siyasətin üstün rol oynadığı bu sahədə də bildiklərini paylaşacaq.

Tarix
2015.06.05 / 19:15
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

BMT-nin Azərbaycandakı müvəqqəti rezidenti bu şəxs olacaq

İranla Rusiyanın təzyiqi və Əliyevin cavabı!

Azərbaycanın sayəsində 100 milyon dollar qənaət edəcəyik

Çin Maduronun oğurlanmasından çox narahatdır

Prezidentin açıq mesajı: Nə ultimativ, nə müdafiə...

Xəzərin dibi ilə optik kabelin çəkilişi nə vaxt bitir?

ABŞ gücünü göstərdi: öz “kürəsini” təmizləyir

Vətən müharibəsi veteranı Ukraynada döyüşdə öldü

Əgər bunu istəyiriksə, islahatlara getməliyik - Prezident

Prezident işdən çıxarılan başçıdan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla