Yuxarı

Əziz Nesinin maraqlı təxəllüs əhvalatı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi qələm adamlarının qəribə təxəllüsləri olur. Yaradıcılıqları gözəgələn olmayanda çarəni yaxşı təxəllüs axtarmaqda görənlər də var, təxəllüsü axtarmayıb, təsadüfi bir şeyə görə seçənlər də. Elələri də olur ki, onların təxəllüsə ehtiyacı olmur. Ən maraqlı təxəllüslərdən biri də türk yazıçı Əziz Nesinindir. Yazıçı xatirələrində təxəllüsü ilə bağlı qəribə əhvalatı maraqlı nəql edir.

Axar.az Əziz Nesinin qəribə təxəllüs sirrini təqdim edir:

Uşaqlığımı yaşamadım

Əlimə top ala bilmədim, çərpələng uçurmadım. Heç nə eləmədim... Həyatımda uşaq olduğum bircə günüm də yoxdur...

1926-cı ildə Darüşşəfəqə 100 uşaq qəbul olduq. Xatırladığıma görə, məktəbə 30 uşaq götürəcəkdilər. Bağçada, nərdivan dibində püşk atılırdı. Uşaqlar gəlib əlini torbaya soxur və "Boş! Boş! Boş!" – deyirdilər. İlk "doluyam"ı mən demişdim. İndi acı-acı düşünürəm! Bəs əgər boş çəksəydim? Bəlkə də savadlı ola bilməzdim, bəlkə də indi heç yox idim.

"Nesin" soyadının sirri

1934-ci ildə "soyad qanunu" çıxdı. Hər kəs soyadını özü seçdiyi üçün adamların bütün gizli, alçaldıcı duyğuları ortaya çıxdı – dünyanın ən xəsisləri "Əliaçıq", dünyanın ən qorxaqları "Ürəkli", dünyanın ən tənbəlləri "Çalışqan" kimi soyadlar aldılar. Çox vaxt hər şeydə sona qaldığım üçün gözəl soyad seçimində də sona qalmışdım. Mənə ortalıqda gəzərkən qürurlanacağım bir soyad qalmadığına görə özümə "Nesin" (Nəsən?) soyadını götürdüm. Hamı "Nesin" deyə çağırdıqca nə olduğumu düşünüb özümə gəlmək istədim.

Nüsrətdən Əziz Nesinə

1942-ci il... Baş leytenant idim. Əziz Nesin təxəllüsü ilə jurnallara hekayələr göndərirdim. O vaxt nə sağçıydım, nə solçu... Dünyadan xəbərim yox idi.

O dövrdə yüksək rütbəlilər qəzetlərdə yazan əsgərlərə yaxşı baxmadıqlarına görə yazıları öz adımla yox, atamın adı ilə yazırdım – Əziz Nesin. Bu ilk təxəllüsüm öz adımı unutdurdu – "Nüsrət Nesin" tamamilə yaddan çıxdı.

Varlanmaq yox, yazar olmaq yolu ilə getdim

1944-cü il... Artıq professional yazar idim, qələmimlə dolanırdım. Sədat Səmavinin "Yeddi Gün" və "Qaragöz" qəzetlərində işləyirdim.

Yaxşı ki, xoşbəxt bir təsadüflə əsgər ola bildim, buna görə də oxumaq imkanı əldə etdim – heç olmasa, bu yolla yazar ola bildim. Yoxsa yazar olmaq istəyib ola bilməyən, amma özünü yazar hesab edən, acgözlülüyü və alçaq duyğuları üzündən dünyanın ən pis insanlarından birinə çevrilərdim.

Yazar olum deyə əsgərlikdən xilas olmaq üçün illərcə çırpındım... 8 il şərq və qərb sərhədlərimizdə vəzifəmi yerinə yetirdim. O ağır şərtlər altında küyə düşüb erkəndən evləndim.

Əsgərlikdə haqqımda məhkəmə qərarı çıxarıldı: 3 ay 10 gün həbsxanada qaldıqdan sonra işsiz və pulsuz qaldığım vaxt artıq varlanmaq yox, yazar olmaq yoluna qədəm qoymuşdum…

Tarix
2015.06.05 / 23:39
Müəllif
Nigar An
Digər xəbərlər

Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı

Azərbaycan bu ölkəni təbrik etdi

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla