Yuxarı

Nazirlik ərizə qəbuluna başladı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik ərizə qəbuluna başladı

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakla bağlı ərizə-müqavilə qəbuluna start verilib.

Mədəniyyət və Turizm nazirliyindən Axar.az-a verilən məlumata görə, bu ilin sentyabr ayının 16-18 tarixində IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir.

Sərgidə iştirak edənlər sərgi-yarmarkada nəşriyyatları tərəfindən buraxılmış nəşrləri nümayiş etdirə, sata biləcək, iştirakçı xarici dövlətlərin nəşriyyatları, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar apara, müqavilələr bağlamaq imkanı qazanacaqlar.

Xatırladaq ki, IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında stend sahəsi (6 kv.m.-dək) və avadanlıqları iştirakçılara pulsuz olaraq veriləcək.

Sərgi-yarmarkada iştirak etmək üçün zəruri sənədləri (proqram, kataloq, iştirak şərtləri, ərizə-müqavilə) Təşkilat Komitəsindən əldə etmək mümkündür. ([email protected])

Yarmarkada iştirak haqqında ilkin məlumat 15 avqust 2015-ci il, ərizə-müqavilə isə 01 sentyabr 2015-ci il tarixinə qədər sərginin Təşkilat Komitəsinə təqdim edilməlidir.(Ünvan: AZ1000, Bakı ş., Ü.Hacıbəyli küç. 40, Hökumət Evi, 3-cü mərtəbə. Tel: 493-06-80. Faks: 493-56-05)

Tarix
2015.06.12 / 14:53
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla