Yuxarı

II Filipin möhtəşəm ömür yolu: Kraliça ilə başlayan izdivac - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
II Filipin möhtəşəm ömür yolu: Kraliça ilə başlayan izdivac - Foto

Xəbər verdiyimiz kimi, Britaniya kraliçası Yelizavetanın həyat yoldaşı, Edinburq hersoqu şahzadə II Filip Mauntbetten ötən gün 99 yaşında dünyasını dəyişib.

Kult.az xəbər verir ki, o, 10 iyun 1921-ci ildə Yunanıstanın Korfu şəhərində anadan olub. Şahzadə Yunanıstan və Danimarka kralı Andreyin 5-ci övladı və yeganə oğlu olmaqla yanaşı, Yunanıstan kralı I Georqun nəvəsi olub. Dünyaya göz açandan Yunanıstan və Danimarka şahzadəsi adını daşıyırdı.

O, körpə olarkən ailələri Yunanıstandan çıxarılıb. Almaniya və Şotlandiyada alman yəhudilərinin məktəblərində təhsil alıb. 18 yaşında Böyük Britaniya Hərbi Qəniz Qüvvələrində hərbi xidmətə gedib və II Dünya müharibəsində iştirak edib, ancaq onun iki qardaşı Almaniya vətəndaşı olaraq əks tərəfdə vuruşub.

Müharibədən sonra o, 1939-cu ildə tanış olduğu Kral V Georqun qızı və Britaniya taxt-tacının vəliəhdi Yelizaveta ilə münasibətlərini davam etdirir. Ancaq milli köklərinin və provoslav dininin onun izdivacına mane olacağını görərək anasının Britaniya soyadını götürür. Rütbəsindən də imtina edərək Filip Mauntbetten rəsmi ad və titulunu götürür. Eyni zamanda, xristian dininin provoslav kilsəsindən anqlikan kilsəsinə keçir.

Həmin il vəliəhd şahzadə Yelizaveta ilə kəbin kəsdirir. Toydan sonra Yelizavetanın atası kral V Georq tərəfindən ona Edinburq hersoqu və Kral həzrətləri titulları verilir. 1952-ci ildə Yelizaveta kraliça elan edildikdən sonra o, hərbi xidmətini dayandırır və kraliçanı müşayiət etməyə başlayır. 1957-ci ildə həyat yoldaşı II Yelizaveta ona Britaniya şahzadəsi titulu verir. O, kraliça ilə ən çox ömür sürmüş həyat yoldaşı olub.

Qeyd edək ki, Filiplə Yelizavetanın 4 övladı var: Uels şahzadəsi Çarlz, şahzadə Anna, Endryu və Eduard.

Tarix
2021.04.10 / 23:39
Müəllif
Kult.az
Digər xəbərlər

Zəngəzurda müharibə üçün hərəkətə keçdilər - Akopyan

Bakı Moskvadan hansı addımları gözləyir? - Ekspert

Əliyevlə Paşinyanın 2 ayda 4-cü görüşü... - Ekspert

Şad xəbər: faizsiz kreditlər veriləcək - Yeni sistem

İlham Əliyevdən Sülh Sammiti ilə bağlı paylaşım - Foto

Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etdi - Video

Pakistan prezidenti Sahibə Qafarovanı qəbul etdi

Azərbaycan və Rusiya regionun aparıcı ölkələridir - İran

Trampın İlham Əliyev barədə diqqətçəkən sözləri - Video

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla