Yuxarı

“Ağalar Məmmədov terrorçuya çevrilir”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ağalar Məmmədov terrorçuya çevrilir”

"Bu xalqın xarakterində müşahidə olunan kifayət qədər natamamlıqları təftiş edən, çözməyə çalışan filosofların, düşüncə adamlarının varlığını hava-su kimi zəruri hesab edirəm".

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa yazıb. O, son günlərin mübahisəli məsələsinə çevrilən dilimizin vəziyyəti lə bağlı fikirlərini bölüşüb:

"Dilimizin vəziyyəti barədə təhlilləri və bu sahədə hazırlığı olan şəxslərin doğruları üzə çıxarmasını vacib sayıram. Baxın, bir düşüncə adamı dinə və onun dəyərlərinə qarşı ola bilər, bu onun seçimidir, yanlışı-doğrusu sadəcə onu maraqlandırar. Ancaq bir düşüncə adamı heç bir halda humanist anlayışdan kənara çıxmamalıdır. Necə ki, humanist anlayışdan kənara çıxan bir islam mənsubu cahil bir İŞİD-çiyə, talibançıya, fərqli bir terrorçu obrazına çevrilir, mövcud olduğu hər yerdə cəhalət qalası qurur, eyni qaydada, Ağalar Məmmədov kimi istedadlı düşüncə adamları da imkanları məhdud olduğuna görə hələ praktik bir şeylər edə bilməyən fikir terrorçularına çevrilirlər. Cavidə xitabən "vaxtında repressiya olundu, yoxsa dilimizi korlayacaqdı" ifadəsi məhz bir antihumanist, terrorçu mühakiməsi ilə səslənən fikir olduğuna görə narahatlıq doğurur. Cavidin obrazları, əsərlərinin dili, ideya-düşüncə xətti tənqidə, təftişə açıqdır, ancaq "vaxtında repressiya olundu" tənəsi adi bir insanlıq və ləyaqət ölçüləri ilə uzlaşmır. İslama qarşı olmağa soyuqqanlı yanaşmaq lazımdır, necə ki, Allahın Rəsulu müşriklərə qarşı təqribən bu şəkildə yanaşıb. Ancaq Avropa düşüncəsində belə ön sırada yerini tutmuş humanizm prinsiplərindən imtinaya qarşı sərt mövqe qoyulmalıdır. Çünki "vaxtında repressiya" Hitlerin ifadəsi ola bilər, bir alimin deyil".

Tarix
2015.06.24 / 12:25
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

İlham Əliyevlə Paşinyan görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla