Yuxarı

Əhməd Cavadın ev muzeyi niyə yoxdur? – Nəticəsi danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının İstiqlaliyyət küçəsində Azərbaycan Dövlət Himninin müəllifi, istiqlal şairi Əhməd Cavadın ev muzeyi yaradılmalıdır.

Bu sözləri Kult.az-a Əhməd Cavadın nəticəsi Cavad Axunzadə şairin ev muzeyi ilə bağlı danışarkən deyib.

“Ulu babam Əhməd Cavadın Bakının İstiqlaliyyət küçəsindəki yaşadığı evin qarşısında lövhə var. Mənə sual verirlər ki, burada Əhməd Cavadın niyə ev muzeyi yoxdur? Bu mənim səlahiyyətimdə deyil. Düşünürdüm ki, bununla bağlı aidiyyəti qurumlara bizim müraciət etməyimizə ehtiyac yoxdur. Həmin küçədə lövhə varsa, orada ev muzeyi də olmalıdır. Fikirlərimin şikayət kimi səslənməsini istəmirəm. Nəticə olmadığı halda Əhməd Cavadın ailəsi adından müraciətimi edəcəyəm. Lakin ümidvaram bizim müraciətimizə ehtiyac qalmayacaq”, - deyə şairin nəticəsi bildirib.

C.Axundzadə Əhməd Cavadın 130 illiyi ilə bağlı da fikir bildirib:

“Ümid edirəm ki, gələn il qeyd oluncaq 130 illiyində Əhməd Cavadın şəhərin mərkəzi yerlərinin birində heykəlini də görərik. Bu, təkcə Əhməd Cavadın ailəsinin deyil, əminəm ki, bütün Azərbaycan xalqının arzusudur”.

Tarix
2021.06.02 / 14:03
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla