Yuxarı

Azərbaycan sevdalı türk diplomat

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Azərbaycanda sabiq səfiri, xalqımızın sevimli dostu Hulusi Kılıç, fəaliyəti dönəmində özünün bizlərdən biri olduğunu sübut etmiş böyük diplomat!

Gəlin, dostumuzu yaxından tanıyaq.

Hulusi Durmuş oğlu Kılıç 1 yanvar 1956-cı ildə Türkiyə Cümhuriyyətinin Tokat vilayətinin Rəşadiyyə bölgəsində doğulub. Rəşadiyyə liseyini bitirdikdən sonra Hacəttəpə Universitetində fransız dili və ədəbiyyatı ixtisası üzrə əvvəlcə bakalavr, sonra isə magistr təhsili alıb. Fransanın Strasburq Universiteti Siyasi elmlər fakültəsinində xarici əlaqələr ixtisasını bitirib.

1977-ci ildə Türkiyə Xarici İşlər Nazirliyi İnsan Resursları idarəsində namizəd idarəçi məmur olaraq çalışıb. 1978-1982-cı illərdə Türkiyənin Strasburq Baş Konsulluğunda dəftərxana məmuru, 1982-1985-cı illərdə Çoxtərəfli Münasibətlər Müdirliyi Avropa Şurası şöbəsində məmur, 1985-ci ildə Əlcəzair səfirliyində III katib və II katib, 1988-1990-cı illərdə Bolqarıstan səfirliyində II katib və baş katib vəzifələrində işləyib.

1990-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Yunanıstan şöbəsinin müdiri vəzifəsini icra edib. 1992-1996-cı illərdə Beynəlxalq Havaçılıq Təşkilatında (Kanada/Montreal) Türkiyə Cümhuriyyəti daimi nümayəndəliyinin baş katibi olub. 1996-1998-cı illərdə Türkiyənin Gürcüstandakı səfirliyində müşavir və səfir müavini görəvini daşıyıb.

2000-2005-ci illərdə Türkiyə Respublikasının Hələbdəki Baş konsulu vəzifəsini icra edib. 2005-2008-ci illərdə Xarici İşlər Nazirliyində Protokol Xidmətinin rəis müavini, eyni zamanda, hazırki Prezident Rəcəb Tayyib Ərdoğanın protokol xidmətinin rəisi olub.

2008-ci ilin martından 2012-ci ilin sentyabr ayına kimi Türkiyə Respublikasının Azərbaycandakı səfiri işləyib. Azərbaycanda səfir olmaq şəxsi arzusu olub. Azərbaycandakı vəzifəsi başa çatdıqdan sonra Hulusi Kılıç Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında önəmli rol oynadığı üçün Azərbaycanın ən yüksək ordenlərindən olan “Dostluq ordeni” ilə mükafatlandırılıb.

Qeyd edim ki, Hulusi Kılıç bu ordeni alan ilk səfir və türk vətandaşı olub.

2012-2016-cı illərdə Türkiyə Xarici İşlər Nazirliyində Afrika məsələləri şöbəsinə rəhbərlik edib. 2013-2016-cı illərdə diplomatik xidmətlə eyni zamanda, boyük hissəsi Azərbaycan dövlətinə məxsus olan “Petkim” şirkətinin İdarə Heyətinin üzvü kimi də fəaliyyət göstərib.

2016–2018-ci illərdə Moldovada Türkiyənin səfiri olub. Bu xidmətini başa vurduqdan sonra 22.02.2018-ci il tarixdə Moldova Prezidenti İqor Dodon tərəfindən “Şərəf” ordeni ilə təltif edilib. Bundan başqa, 23.02.2018-ci il tarixdə Moldova Respublikasının Qaqauz Yerli Muxtar Ərazisinin başçısı İrina Vlah tərəfindən “Başqanlıq ordeni”nə layiq görülüb.

Hulusi Kılıça 06.11.2018-ci il tarixdə Moldova Komrat Universitetinin “Honaris Causa” fəxri doktoru adı verilib. Okan Universiteti İdarə Heyətinin üzvüdür. Həmçinin 2018-ci ilindən Türk Dünyası Parlamentlər Birliyi xarici əlaqələr baş kordinatoru vəzifəsində çalışır. Fransız və ingilis dillərini bilir.

Yuxarıda yazılanlar böyük diplomatın rəsmi tərcümeyi-halıdır. Lakin onu səciyyələndirən xarakterik xüsusiyyətlərinin məziyyətlərini anlamaq üçün onun həyat fəlsəfəsini və vətənsevərliyini dərk etmək lazımdır.

Bir çoxları üçün səfir vəzifəsi imtiyazlar, konfort həyat deməkdir. Lakin Hulusi Kılıç kimi vətənsevər şəxslər üçün vətənə xidmət, bir tutqu, bir sevdadır. Diplomatik fəaliyyətə başladığı 15 oktyabr 1975-ci il tarixi çox gərgin bir dönəmlər idi. ASALA terrorçularının ən azğınlaşdığı bir dövr idi. Hulusi Kılıç işə başladıqdan 10 gün sonra erməni ASALA terror təşkilatı Türkiyənin Fransadakı səfirliyində səfir İsmayıl Erez və sürücüsü Talib Yenəri şəhid edirlər. Bütün Türkiyənin həyəcanla qarşıladığı bu terror olayı Hulusi Kılıç üçün daha da ağrılı olur, həm diplomatik fəaliyyətə yeni başlamanın həyəcanı, həm də qohumu, səfir İsmayıl Erezin sürücüsü Talib Yenərin şəhid edilməsi ona çox ağır təsir edir. Bu terrorun ardınca 3 gün sonra ASALA tərəfindən Vyanadakı türk səfiri Danış Tunalıgili şəhid edilir. Həmin dönəmlərdə türk diplomatlarına yönəlmiş terror aktları gənc diplomatı fikrindən döndərə bilməyib. Hulusi Kılıç Vətəninə və diplomatik xidmətə olan sevgisi fəaliyyəti onun iş həyatına sirayət edib və uğurlu fəaliyyətinin təməli olub.

44 günlük müqəddəs Vətən müharibəsi dönəmində sabiq səfir Azərbaycan xalqının yanında olduğunu bir daha nümayiş etdirdi. Hulusi Kılıçın 44 günlük müharibə dönəmində göstərdiyi fəaliyyətlə bağlı “44 gün Vətən müharibəsi: Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabı işıq üzü gördü. Kitabda 44 günlük müharibənin həyəcanını yaşamaqla bərabər, ayrı-ayrı agentliklərə verdiyi açıqlamalar və müsahibələrdə bir nüans diqqətimi cəlb etdi. Jurnalist Günel Yazın təşəbüsü ilə Hulusi Kılıçın bu gərgin dönəmlərdə verdiyi müsahibələri, açıqlamaları toplayaraq kitab şəkilində çap etməsi Azərbaycan oxucusu tərəfindən rəğbətlə qarşılandı. Hulusi Kılıç Azərbaycanda vəzifəyə başladığı gündən bu günə özünü tam bir Azərbaycan mənsubu, bir diplomat və vətənsevər bir ziyalı kimi göstərdi.

Daha bir nəcib təşəbbüs kitabın satışında gələn gəlirin YAŞAT Fonduna hədiyyə etməklə həm də gözəl bir nümunə göstərdi.

Şübhəsiz ki, Türkiyə-Azərbaycan qardaşlığının ən yüksək zirvədə olduğu bu dönəmlərin zövqünü hamımız yaşamaqdayıq. Lakin bu qardaşlığın qorunmasında Hulusi Kılıçın müstəsna rolu var.

Fəaliyyəti dönəmində 2009-cu ilində xarici qüvələrin dəstəyi və təzyiqi ilə Ermənistan-Türkiyə sərhəddini açmaqla iki qardaş ölkənin arasına nifaq salınmağa çalışıldığı bir dönəmlərdə ən müdrik siyasi gedişləri ilə qardaşlıq münasibətlərini qorumağa nail oldu. Bakıda keçirdiyi bir mətbuat konfransında işlətdiyi “Biz bir daha özümüzü kəsən qılınc olmayacağıq” fikrinin isə tarixi, diplomatik konteksdə dərin mənalar ifadə etdiyini başa düşmək çox da çətin deyil.

Hulusi Kılıç səfir kimi dünyanın harasında olursa olsun, o, həm də Azərbaycanı təmsil edir. Yaxasındakı “Dostluq” ordeni və “Xarı bülbül” onun Azərbaycan sevdasının simvoludur.

Tarix
2021.08.16 / 09:08
Müəllif
Səməd Vəkilov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla