Yuxarı

Dekan və rektorun yazdığı dərs vəsaiti dərc edildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dekan və rektorun yazdığı dərs vəsaiti dərc edildi

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlillinin və Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın məqalələrdən və xalq lirikasına aid tərcümələrdən ibarət “Britaniya uşaq folkloru: poeziya” adlı dərs vəsaiti işıq üzü görüb.

Kult.az xəbər verir ki, kitabın elmi redaktoru akademik Muxtar İmanov, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Fialə Abdullayevadır. Dərs vəsaitinin rəyçiləri Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu və filologiya elmləri doktoru Elnarə Akimovadır.

Dərs vəsaitində ayrı-ayrı ingilis və amerikan nəşrlərindən seçilmiş Britaniya uşaq şeirlərinin və nəğmələrinin orijinal mətnləri, onların ingilis dilindən Azərbaycan dilinə tərcümələri, eləcə də “Ana Qaz” adı ilə ədəbiyyat tarixində yaxşı tanınan əfsanəvi şairənin şeirləri və digər nəşrlər barədə elmi-ədəbi esselər, şərhlər təqdim edilib. Britaniya ədəbiyyatı tarixi, xüsusilə onun mühüm sahələrindən biri olan uşaq folkloru - poeziyası məsələləri araşdırılıb, şeirlərin təhlili verilib.

Kitabın ön söz müəllifləri akademik Muxtar İmanov və professor Kimberli Reynoldsdır. Filologiya üzrə fəlsəfə doktoru Fialə Abdullayeva isə kitabda “Könüllərdə bardaş quran uşaq folkloru: poeziya, tərcümələr və esselər barədə bir neçə söz” adlı redaktor sözü yazıb.

“Britaniya uşaq folkloru: poeziya” adlı dərs vəsaiti ali məktəblərin filologiya və təhsil fakültələrinin bakalavriat pilləsinin tələbələri üçün nəzərdə tutulub.

Tarix
2021.09.16 / 21:16
Müəllif
Kult.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla