Yuxarı

Bu, həyatımda ilk azan idi – Xalq artisti

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad olunmuş torpaqlarımıza səfər edərkən keçirdiyim hissləri heç bir sözlə bölüşmək mümkün deyil. Təsəvvür edin, o torpağın sakini olaraq, 30 il həsrətdən sonra Qarabağa qovuşduq. Çox böyük qürur hissidir.

Bu sözləri Kult.az-a əslən Ağdamdan olan xalq artisti Mənsum İbrahimov Vətən müharibəsinin ildönümündə öz təəssüratlarını bölüşərkən deyib.

“Mənim ən böyük arzum Şuşada Məcnun obrazında səhnəyə çıxımaq idi. Allah o arzunu reallaşdırmağı mənə qismət elədi. Ağdam azad edildikdən sonra üç dəfə orda səfərdə olmuşam. Mən özüm də Ağdamda doğulmuşam. İlk dəfə Ağdama ayaq qoyanda, məsciddə azan verdim. Bu ömrümdə verdiyim ilk azan idi. Ağdamın meydanı var, ora ən gözəl meydan idi, kütləvi tədbirlər keçirilirdi. Xarabalığa çeviriblər. Həmin meydanda kiçik bir konsert verdik. Sizi inandırım, o dağıntılar arasında konsert vermək dünyanın ən böyük, ən gözəl, ən məşhur səhnəsində konsert verməkdən üstün idi. Çünki mən öz torpağımın üstündə dayanmışdım”, - M.İbrahimov bildirib.

Xalq artisti vurğulayıb ki, Qarabağ bütün azərbaycanlıların müqəddəs ziyarətgahına çevrildi:

“Çünki Azərbaycanın bütün bölgələrindən olan igidlərin orda qanı tökülüb. Ora artıq bizim müqəddəs ziyarətgah yerimizdir. Ali Baş Komandanımızın, Müzəffər Ordumuzun sayəsində biz torpaqlarımızı azad edib, qisasımızı aldıq. Mənim də ailəmdən şəhid var. Qardaşım oğlu Xüsusi Təyinatlı Qüvvələrin əsgəri İsrafil İbrahimov 30 gün döyüşüb, Laçın rayonunun girişində şəhid olub. Biz onları heç bir zaman unuda bilmərik. Biz bu gün Qarabağı yenidən bərpa etməyə başlamışıq. Quruculuq işlərimiz gedir. Hər dəfə o torpaqlara gedəndə həm qürur hissi keçirdirik ki, öz torpaqlarımıza qayıdırıq, həm də təəssüf hiss keçirdirik ki, bu vandallar ərazilərimizi məhv edib. Xudafərin körpüsündə, Şuşada, Ağdamda olmuşam. Onlar bizim izimizi silməyə çalışıblar. Amma bu mümkün deyil. Heç bir rayonda salamat yer yoxdu. İstər yurd yerlərimiz, istər tarixi abidələrimiz, istərsə də məscidlərimiz - hamısını yerlə yeksan ediblər. Hətta şəhidlərimizin də qəbirlərini dağıdıblar. Bizim o qədər tarixi abidələrimiz, məscidlərimiz dağıdılıb, amma dünya ölkələri buna göz yumur, görməzdən gəlirlər. Müharibənin də öz qanunu var. Əsgər əsgərlə döyüşər, amma bu vandalların əsgərləri bizim qəbirlərimizlə, uşaqlarımızla, tarixi abidələrimizlə döyüşüblər. Zatən Azərbaycan xalqı, Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində nəyə qadir olduğunu göstərdi. Ermənistanın mifik “məğlubedilməz ordusunu” darmadağın etdi”.

Tarix
2021.09.27 / 14:32
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla