Yuxarı

“Azdrama”da qalmaqal: “Məhkəməyə versin!”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azdrama”da qalmaqal: “Məhkəməyə versin!”

Bu, nə Nurəddin Mehdixanlının, nə də Ramiz Novruzun biləcəyi işdir.

Bu sözləri Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov xalq artisti Nurəddin Mehdixanlının onun qastrol pullarını mənimsəməsi iddiası haqda Axar.az-a danışarkən deyib:

"Nurəddin Mehdixanlının iddiaları yüz faiz yanlışdır. Bu, nə Nurəddin Mehdixanlının, nə də Ramiz Novruzun biləcəyi işdir, bu, idarəetmə məsələsidir. Hazırda biz məzuniyyət məsələləri ilə məşğuluq. Kimin nə narazılığı varsa, məhkəməyə müraciət eləsin, qəzetlərə, saytlara danışmasın. Qəzetlər onun haqlarını müdafiə edəcək? "Filankəs teatrın sağ qapısından girməli idi, sol qapısından girib" və s. tipli söz-söhbəti mənə elə gəlir, qəzet səhifələrində, saytlarda yazmaq düzgün deyil. İndi hansısa aktyor bir rolu yaxşı oynamayıbsa, onu mətbuata çıxarmalıyıq? Xeyr, biz ona başa salırıq ki, düz oynamırsan. Adamın ailəsində bir problem olanda o haqda qəzetə, sayta danışmalıdır? Teatr da bir ailədir. Kimin narazılığı varsa, haqlarının pozulduğunu güman edirsə, məsələyə hüquqi müstəvidən yanaşsın və məhkəməyə müraciət etsin, onun haqqını pozan şəxs də cavab versin. Biz demokratik dövlətdə yaşayırıq".

Xatırladaq ki, xalq artisti Nurəddin Mehdixanlı Ölkə.az-a açıqlamasında teatrın direktoru İsrafil İsrafilovun son üç qastroldan 5 min manata yaxın pul mənimsədiyini bildirib.

Tarix
2015.07.25 / 09:09
Müəllif
Nigar An
Digər xəbərlər

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

İlham Əliyevlə Paşinyan görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla