Yuxarı

Şeyx Əbdül Putinə teleqram göndərdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyx Əbdül Putinə teleqram göndərdi

Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudbəyov Rusiya Prezidenti Vladimir Putinə teleqram göndərib. O, Rusiya dövlət başçısına müraciətində ermənilərin Azərbaycanda xəyanət ocağı yaratdığını, 200 ildir müsəlman-türk dünyasına qarşı istifadə üçün alət olan ermənilərin rusların özlərini vassala çevirdiyini qeyd edib.

Kult.az xəbər verir ki, Musavat.com-a açıqlamasında xalq artisti teleqramın təxminən 15 gün əvvəl göndərildiyini, hələ cavab almadığını bildirib:

“Yazmışam ki, cənab Putin, ayılın! Baş naziriniz, xarici işlər naziriniz ermənidir, aparıcı media orqanlarında da ermənilər çoxdur. İldə 400 film çəkən “Mosfilm”in direktoru da ermənidir. Siyasətçilər, politoloqlar, iqtisadçılar, biznesmenlər də həmçinin. Rusiyanı çapıb-talayırlar. Ermənistana silah göndərirlər, amma təhlükəsizlik xidmətləri bunu görmür. Çünki hamısı satın alınıb. Bu gün Rusiya imperiyası erməninin əlində bir alətə çevrilib. Azərbaycan xalqı isə heç vaxt xəyanətlə məşğul olmayıb. Cənab prezidentə yazmışam ki, xalqımız hər zaman qəhrəmanlığı ilə seçilib. Tarixə baxanda isə daim xəyanətlə üzləşdiyimiz aşkar görünür - Stepan Razin, Yemelyan Puqaçov və başqaları... Bu gün Bakı elə bil Rusiya şəhəridir: məktəblər, universitetlər, ailələr, əksər yerlərdə rus dilində danışırlar. Mən xeyli zamandır bu barədə iş aparıram. Sülhməramlılar, İranın mövqeyi məni buna vadar etdi".

Ə.Mahmudbəyov eyni zamanda alimləri, siyasətçiləri fəaliyyətsizlikdə ittiham edib:

“Biz həmişə demişik ki, erməni qan görəndə qorxur. Vətən müharibəsində də bunun şahidi olduq. Erməninin türk dünyası ilə müharibə etməyə cəsarəti yoxdur. Akademiklər, politoloqlar, tarixçilər işləmirlər. Gözləyirlər ki, Prezident çıxış etsin, sonra fikir bildirsinlər. Ermənilər ”Artsax"ı dünyaya tanıtmaq istəyirlər. Buna nail olsalar, biz yenə müharibə etməli olacağıq. Haradadır bizim alimlər? Erməni tarixçilər XIX əsrdə yazıblar ki, onların yurdu, soyu bəlli deyil. Bu gün siyasi partiyalarımız bir-birinə söz atmaqla məşğuldur. Tarix İnstitutu da fəaliyyətsizdir".

Tarix
2021.10.15 / 11:10
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla