Yuxarı

Kraliçanın zəhərli yeməkləri təqdim olunacaq

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aqata Kristinin əsərlərinin motivləri əsasında yaradılan "Kremlər və cəzalar" ("Creams and Punishments") adlı kulinariya kitabı 2015-ci ilin sentyabrında detektivlər kraliçasının 125 illiyi şərəfinə təşkil ediləcək festivalda britaniyalılara təqdim olunacaq. Kitabda Kristinin hekayə və romanlarının qəhrəmanlarının zəhər qatdığı yeməklərin reseptləri toplanıb.

Axar.az xəbər verir ki, toplunun müəllifi fransız yazıçısı Anna Martinettidir. O, tədbirlərdə nəinki yeməklər haqqında danışacaq, hətta onların necə hazırlandığını (zəhərsiz) da göstərəcək və dadına baxmaq üçün qonaqlara təklif edəcək.

Kulinariya nümayişi Kristinin Torkidə yaşadığı evdə keçiriləcək. Festivalda xüsusən "Qətl elan edilmişdir" romanından şokoladlı tort və "Kədərli sərv" əsərindən balıq yeməkləri təqdim olunacaq. Adı çəkilən əsərlərdə həmin yeməklərə strixnin qatılmışdı.

Zəhər – Kristinin əsərlərində qətlin ən çox sevilən vasitəsidir. Yazıçı İkinci Dünya savaşında könüllü tibb işçisi işlədiyindən kimyəvi vasitə və dərmanlardan yaxşı baş çıxarırdı.

Kristinin detektivləri 1920-ci ildə yazılandan, demək olar ki, dərhal sonra məşhurlaşıb. Yazıçı 80 roman və hekayələr toplusu, eləcə də 19 pyes yazıb və bu əsərlər dünyanın 70 dilinə tərcümə edilib. Bəzi məlumatlara görə, onun əsərlərinin tirajı yalnız Bibliya və Şekspirin əsərlərinin tirajından geri qalır. Detektivlər kraliçasının bir çox əsəri ekranlaşdırılıb.

Tarix
2015.07.29 / 02:00
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla