Yuxarı

Fərqanə Qasımova həyat yoldaşı barədə sirləri açdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fərqanə Qasımova həyat yoldaşı barədə sirləri açdı

Ailə tablom içimdəki yaşatdığım formada nəzərimdə qalmalı idi. Əgər yayımlanmasaydı, sirr olaraq qalacaqdı. 21 ildir ailəliyəm, 4 övladımız var. Ailə incə məsələdir. İnsanın özünün dartacağı yükdür. Mən, övladın köməyi, problemlər ailənin içinin böyük sirridir. Onu rahatlıqla açıb, sosial şəbəkədə parıldatmaq, yalan məlumatlarla ailəyə zərbə gətirmək xoşagəlməz hal oldu.

Kult.az Milli.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Fərqanə Qasımova "Onun sirri" proqramında deyib.

Xanəndə bir müddət əvvəl həyat yoldaşı Elnur Mövlamovun həbs edilməsi xəbərlərinə münasibət bildirib.

"Yeni ailə qurmuşdum, deyirdilər boşanıb. Belə bir şey yox idi. Bəzən insanlar onlara aid olmayan mövzularla maraqlanırlar. Əsas işin mövzusu başqadır. Burada qəhrəman qadından söhbət gedir. Bu əsərin baş qəhrəmanıyam. 21 ildə böyük qəhrəmanlıqlar etmişəm: övladlarım, yoldaşım və getdiyim ailə üçün. Bu gün Fərqanə Qasımovanın verdiyi qurbanlardan, göstərdiyi qəhrəmanlıqlardan, sənətinə görə gecə-gündüz təyyarələrdə uçamaqlarından danışılmadı. Dahi insanın qızı olub, bunu qorumaq, dörd övlad arxasında durmaq çətindir. Nə üçün bunlar qabardılmadı? Ailənin öz sirri olmasaydı, ailə olmazdı. Elə qadın var ki, axşam ağlayır, səhər gözünü silib heç nə olmamış kimi həyata davam var. Hər zaman şükür edib yaşamaq var. Ailəmi bura qədər qoruyub saxlaya bildim. Allahın dur deyəcəyi bir yer var. Ona görə də əvvəl nə qədər təzyiq, problem olsa da, ailə tablosunu pozmaq istəmədim. Amma... Bir qadın, ana, xanım olaraq özümə borc bildim... Həm də böyük sevgi, mücadilə var idi. Onu etməsəydim, yarı yolda qalardım.

İndi ailə dağılmaq kimi bir şey yoxdur: atam, anam, qardaşım, bacım, övladlarım var. Bizimlə yol gedə bilməyən insanlar oldu, onlarla bura qədərmiş. Mən o insanla hər an qopa bilərdim, amma onun uçurumdan düşməsinə göz yuma bilmədim. Ağırlığı çiynimə götürdüm. İnsan qardaşının, atasının, övladının uçurumdan atlamasına necə göz yumar? Mən də onun yanında oldum... Ta ki, o insan əlini qoparıb uçuruma özü düşənə qədər. Dost, ana, ata, yoldaş, bacı oldum. Missiyalarımdan istifadə etdim. Bu gün hər kəs deyə bilər, haqlıyam. Əsl haqq Allahın dərgahındadır. Efirdən istifadə edib kimisə günühkar çıxara, müqəssir deyə bilmərəm. Hər kəs öz müqəssirliyi, günahını anlasa, qurtuluş olacaq".

Qeyd edək ki, E.Mövlamov 9 il azadlıqdan məhrum edilib.

Tarix
2021.10.23 / 22:40
Müəllif
Kult.az
Digər xəbərlər

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla