Yuxarı

"Yaxşı olsaydın, səni Gəncədən qovmazdılar"

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Yaxşı olsaydın, səni Gəncədən qovmazdılar"

Dövlət Dram Teatrı ilə Yuğ Teatrının yaradıcı heyəti arasında yaşanan qalmaqal getdikcə qızışır. Başqa teatrların da qocaman aktyorlarının öz həmkarlarına qahmar çıxması sözügedən teatrın digər aktyorlarını bir az da ürəkləndirib. Hər kəs Yuğ teatrının baş rejissoru Gümrah Ömərdən ittihamlara cavab verməyi tələb edib.

Publika.az-a açıqlama verən əməkdar artist Ələsgər Məmmədoğlu baş rejissora qəzəbini belə ifadə edib:

"Sən "Yuğ"un baş rejissorusansa, get öz işinlə məşğul ol. Sənə kim ixtiyar verib ki, Akademik Milli Dram Teatrının aktyorlarını təhqir edirsən? Hansı tamaşaların uğur gətirib, indiyə qədər iki tamaşa qoymusan, onlar da bərbad vəziyyətdədir. Yaxşı rejissor olsaydın, Gəncə Teatrından səni qovmazdılar. Orda iki il işləyə bilmədin. Çünki özünü doğrultmadın. Sən kimsən axı, qocaman sənətkarlar barədə deyəsən ki, səhnədə yeriyə bilmir, qocalıb əldən düşüblər. Əgər onlar pis aktyordursa, niyə tamaşaların 90 faizində əsas rollarda çıxış edirlər? Bu teatrın adına ləkədir, insanlarda pis təsəvvür yaradır".

Əməkdar artist Gümrah Ömərin tez bir zamanda cavabının verilməsini tələb edib:

"Bildiyimə görə, teatrın direktoru İsrafil İsrafilov onu yanına çağıraraq, mətbuatda bu cür açıqlamasına görə məzəmmət edib. Teatrımızın qocaman aktyorları çox narahatdır, hətta aralarında səhhətləri pisləşənlər də var. Niyə teatr aləmində adı-sanı olmayan bir insan ağzına gələni danışmalıdır, sənətkarlarımızın yaradıcılıq əhval-ruhiyyəsini korlamalıdır?"

Tarix
2015.07.30 / 14:34
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

İlham Əliyevlə Paşinyan görüşdü - Video

Prezidentə təqdim olunan oyuncaqlar nədir? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla