Yuxarı

Fuad Poladov: “Sevda mənimlə görüşmək istəmədi”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə dəfə onu yoluxmaq istədim, amma deyib ki, heç kimi qəbul etmək istəmir.

Bu sözləri xalq artisti Fuad Poladov "Qayınana" filmindəki tərəf-müqabili, Sevda rolunu canlandıran mərhum aktrisa Tanilə Əhmərova ilə bağlı xatirələrini Axar.az-a danışarkən deyib. O, ötən gün dünyasını dəyişən T.Əhmərovanı belə xarakterizə edib:

"Tanilə Əhmərova həm aktrisa kimi, həm də insan kimi çox dəyərli idi. Xatirimdə çox yaraşıqlı, həlim bir xanım kimi qalıb. Çox gözəl aktrisa, özünəməxsus rolların ifaçısı idi. Bunlardan biri də "Qayınana" filmindəki Sevda roludur. Filmdəki rolu həyatdakı obrazına çox uyğun gəlirdi. Azərbaycan kinosunda öz imzasını qoydu Tanilə xanım.

Uzun müddət xəstə yatdı. Mən də bir neçə dəfə onu yoluxmaq istədim, amma deyib ki, heç kimi qəbul etmək istəmir. Dünən vəfat etdiyini eşidəndə çox pis təsir etdi mənə. Təəssüf ki, əlimizdən heç nə gəlmir, Allahın işidir. Mədəniyyətimizə, xalqımıza böyük itkidir. Allah rəhmət eləsin".

Xatırladaq ki, Azərbaycan kinosunun gözəl, istedadlı aktrisalarından olan Tanilə Əhmərova dünən – avqustun 4-ü uzun müddət davam edən xəstəlikdən sonra vəfat edib.

Tarix
2015.08.05 / 13:45
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla