Yuxarı

Həbsdə olan Əjdər Ol mükafat aldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbsdə olan Əjdər Ol mükafat aldı

Tanınmış şair, hazırda həbsdə olan Əjdər Ol mükafata layiq görülüb.

Kult.az xəbər verir ki, Türk Ədəbiyyatı Vəqfi Əjdər Olu “2021-ci il Türk Dünyasına Üstün Xidmət” mükafatı ilə təltif edib.

Vəqfin başqanı Sərhat Kabaklı ədibin fəaliyyətinin önəmini və mükafata layiq görülməsinin səbəblərini bu şəkildə ümumiləşdirib:

“Azərbaycan və türk dünyası ədəbiyyatına hekayə, roman, dram, şeir, araşdırma, portret, esse, bioqrafiya janrlarında onlarla əsər bəxş edən, əsərləri Azərbaycandan başqa, 10 fərqli ölkədə yayımlanan, Azərbaycan ədəbiyyatının türk dünyasında və digər xarici ölkələrdə təbliğ edilməsində önəmli rol oynayan, "Azərbaycan lətifələri" və "Müdriklik anları" kimi əsərləriylə Azərbaycanın, başda Heydər Əliyev olmaqla, siyasi, ədəbi və musiqiçi dühalarını türk dünyasında və Avropada tanıdan yazar, şair Əjdər Ol bu mükafata layiq görülür”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) keçmiş aparat rəhbəri Əjdər Ol (Cəbiyev) bu ilin fevral ayında azadlıqdan məhrum edilib. O, ƏƏSMN-də çalışdığı dönəmdə vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməkdə ittiham edilir.

Tarix
2021.11.29 / 11:01
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla