Yuxarı

Kluni türklərin 35 milyonundan imtina etdi: Erməniçilik?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kluni türklərin 35 milyonundan imtina etdi: Erməniçilik?

Məşhur Hollivud aktyoru Corc Kluni bir çəkiliş günü üçün 35 milyon dollarlıq qonorar təklifindən imtina edib.

Kult.az xəbər verir ki, bu açıqlamanı aktyor “İncə bar” filminin təqdimatından sonra verdiyi müsahibəsində deyib.

“Mənə hava yolu reklamında bir günlük çəkiliş üçün 35 milyon dollar təklif etdilər, amma mən Amalla (Kluninin həyat yoldaşı, insan haqları üzrə vəkil) danışdım və imtina etdik. Aviaşirkət müttəfiq olsa da, şübhə doğuran bir ölkəyə bağlı idi və ona görə də fikirləşdim ki, əgər bu mənim bir dəqiqəlik yuxumu əlimdən alacaqsa, buna dəyməz”, - Kluni bildirib.

Aktyorun bu etirafından sonra bir sıra ingilisdilli mənbələr yazıblar ki, söhbət Türkiyə aviaşirkətindən gedir.

Harri Lef “Viewfromthewing” portalındakı məqaləsində yazıb:

“Əlbəttə, mən səhv edə bilərəm, amma Türk Hava Yolları Kevin Kostneri dəvət etmişdi”.

“Paddleyourovnkanoo” nəşri də aktyorun ad çəkməməsinə baxmayaraq, söhbətin Türkiyədən getdiyini yazıb.

Qeyd edək ki, Corc Kluninin həyat yoldaşı Livan əsilli Amal Kluni erməni təəssübkeşi kimi tanınır. Onun qondarma “erməni soyqırımı”nın tanınması üçün dəridən-qabıqdan çıxması hər kəsə bəllidir. Hətta Kluni cütlüyü 2016-cı ilin aprelində qondarma “soyqırım”ın ildönümündə İrəvana səfər də etmişdilər.

THY məsələyə münasibət bildirməyib. Yeri gəlmişkən, ad çəkilmədən bir gün üçün 35 milyondan imtina etdiyini deməsi Kluninin özü haqda “təəssürat yaratması” da ola bilər.

Tarix
2021.12.06 / 14:30
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiyadan gözlənilməz bəyanat: Bakı buna görə razılaşdı...

Nə Sərkisyanın, nə də Paşinyanın mövqeyi... - Marukyan

Azərbaycan XİN-dən Atatürkün Anım Günü ilə bağlı paylaşım

Tokayevin qərarı Türkiyəni narazı sala bilər?

“Müharibə Qəhrəmanı” yüksək addır, yoxsa “Milli Qəhrəman”?

Balasanyan ortaya çıxdı, Bakı ilə bağlı ilk bu sözləri dedi

Azərbaycan UNESKO komitəsinə üzv seçildi

Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı

Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi

Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir - Surenyants

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla