Yuxarı

Ramiz Mehdiyevin kitabı Ankarada yayımlandı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramiz Mehdiyevin kitabı Ankarada yayımlandı

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilən "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabı Ankarada türk dilində çapdan çıxıb.

AzərTac xəbər verir ki, Türkiyənin Berikan yayım evi tərəfindən çap edilən kitabda münaqişənin yaranma səbəblərini əks etdirən, habelə Dağlıq Qarabağın bu ərazidəki Azərbaycan dövlətlərinə mənsub olmasını dəqiq göstərən müxtəlif tarixi mənbələr əksini tapıb.

Nəşrdə Cənubi Qafqazda ilk dövlət qurumlarının yarandığı vaxtdan başlanan tarixi dövr əhatə edilir və regionun müasir dövrə qədər tarixindən bəhs olunur. Əsərin müəllifi ilk fəsillərdə erməni (hay) etnosunun Kiçik Asiya ərazisinə və sonralar Cənubi Qafqaza gəlmə olmasını elmi cəhətdən əsaslandırır.

Kitabda antik və orta əsrlər dövrünə aid çoxsaylı məxəzlər, habelə yeni və müasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi göstərilir, erməni etnosunun bu əraziyə yalnız XIX əsrin əvvəlində gəlməsi qeyd edilir. Müəllif sistemli şəkildə bir dövrdən digərinə keçərək Dağlıq Qarabağ ərazisində vəziyyəti və bu diyarın bütün tarixi ərzində ermənilərin orada olmamasını diqqətə çatdırır. Qeyd olunur ki, yalnız XIX əsrin birinci yarısından demoqrafik vəziyyətdə dəyişikliklər baş verir. Nəticədə Qərbi Azərbaycanın bəzi mahallarında – indiki Ermənistan Respublikasında ermənilər sayca üstünlük təşkil etməyə başlayır. Bildirilir ki, tarixi konyunktur ermənilərə azərbaycanlıların əzəli torpaqlarında öz dövlətçiliyini qurmağa imkan yaradıb. Ermənilər iki əsr ərzində avtoxton azərbaycanlı əhalini sıxışdıraraq bu ərazidən çıxarıb və monomilli ölkə yaratmaq üçün əllərindən gələni ediblər.

Müəllif, həmçinin diqqəti XIX əsrin birinci yarısından başlayaraq ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nəticəsində demoqrafik vəziyyətdə baş verən dəyişikliklərə cəlb edir. Həmin dövrdə Azərbaycanın Dağlıq Qarabağ və digər mahallarında, eləcə də tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan Respublikasında ermənilərin sayca üstünlük təşkil etməyə başlamasının imperiya siyasətinin nəticəsi olduğu diqqətə çatdırılır.

Kitabda, eyni zamanda, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətindən bəhs olunur, Dağlıq Qarabağ probleminin meydana gəldiyi tarixi şəraitin elmi izahı verilir. Akademik Ramiz Mehdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin artıq müharibəyə çevrildiyi bir məqamda beynəlxalq erməni terror təşkilatlarının bu işdə iştirakına da diqqəti cəlb edib.

Nəşrin müəyyən fəsilləri münaqişənin hüquqi bazasına həsr edilir, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun həmsədri olan böyük dövlətlərin mövqeyində özünü büruzə verən ikili standartların danışıqlar prosesinin nəticəsiz qalmasına səbəb olduğu göstərilir.

Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağa dair fundamental elmi əsərin türk dilində nəşri oxucu auditoriyasının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Əsər qardaş Türkiyə oxucularında Qarabağ həqiqətləri haqqında məlumatlılığın artırılması baxımından mühüm rol oynamaqla yanaşı, tədqiqatçılar və tələbələr üçün dəyərli elmi mənbədir.

Tarix
2015.08.12 / 19:45
Müəllif
Axar.az
Digər xəbərlər

İran Naxçıvana bu PUA-larla hücum edib - Ukrayna

İranın zərbəsindən sonra məktəb bu günə düşdü - Foto

Naxçıvan aeroportu hücumdan sonra - Fotolar

Naxçıvana hücumla bağlı cavab tədbirləri... - Rəsmi Bakı

Naxçıvana neçə PUA ilə hücum edilib? – İran səfirliyi

İran PUA-sından biri məktəbin yaxınlığına düşüb - Rəsmi

Naxçıvana hücum: iki nəfər xəsarət alıb - Rəsmi

Naxçıvana PUA hücumu: İran səfiri XİN-ə çağırıldı

Naxçıvanda məktəblərdə dərslər dayandırıldı

İran dəhşətli zərbələr altında və Əliyevlə Paşinyanın davranışı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla