Yuxarı

Tağıyevin abidəsində postamentdən niyə imtina edildi?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tağıyevin abidəsində postamentdən niyə imtina edildi?

Hacı Zeynalabdin Tağıyevin İstiqlaliyyət küçəsində qoyulan abidəsinin forması maraqla qarşılanıb.

Kult.az xəbər verir ki, abidə xüsusi postamentin üzərində qoyulmayıb. Bu isə ənənəvi abidə anlayışından fərqlənir. Belə ki, ənənəvi abidə qoyulması üçün xüsusi yer ayrılmalı, postament qurulmalı, ətrafı abadlaşdırılmalıdır, bu da abidənin qoyulması üçün yer seçimini məhdudlaşdırır. Bakıda belə yerlər yetərli qədər deyil, xüsusilə şəhərin mərkəzində abidə üçün ayrıca guşənin ayrılması imkanları məhduddur. Nəticədə isə Azərbaycanın tarixi şəxsiyyətlərinin abidəsi məcburən ya mərkəzdən kənarda qoyulur, ya da onların abidəsinin qoyulması üçün yer ayrılması problemə çevrilir.

İlk dəfədir ki, Prezident sərəncamı ilə qoyulan heykəl dəbdəbədən uzaq olmaqla bərabər, həm də şəhərin ən gur yerinə yerləşdirilib. Bu abidə turistlərin də axın etdiyi yerdədir və təbii olaraq, Zeynalabdin Tağıyev şəxsiyyətinin təbliğatında önəmli rol oynayacaq. Bu abidə ilə foto çəkdirmək də olduqca münasibdir.

Bu yeni forma Bakının mərkəzi hissəsində, o cümlədən İçərişəhərdə tarixi şəxsiyyətlərin abidəsinin qoyulması imkanlarını da genişləndirir.

Bununla bağlı saytımıza danışan abidənin müəllifi, xalq rəssamı Xanlar Əhmədov da yeni formanın rəğbətlə qarşılandığını bildirib:

“Hacı Zeynalabdin Tağıyev xalqdan biri olub. Buna görə də onun abidəsi xalq arasında və tarixi bir yerdə əbədiləşdi. Xalqa qarışması məqsədi ilə postamentdən imtina edildi. Yerdə olması daha məqsədəuyğundur, əlçatandır və ziyarətçilərin də diqqətini çəkir”.

Qeyd edək ki, tunc və bürnc qarşığından hazırlanmış abidənin hündürlüyü 2,3 metrdir.

Tarix
2022.01.19 / 08:45
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla