Yuxarı

Kamal Abdulla bu fakültəni və nəşriyyatı bərpa etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdulla bu fakültəni və nəşriyyatı bərpa etdi

Bu gün Azərbaycan Yaradıcılıq Fondunda "Sim-sim Press" Nəşriyyatının və Yaradıcılıq fakültəsinin yenidən təşkili ilə bağlı tədbir keçirilirb.

Kult.az xəbər verir ki, tədbirdə mədəniyyət xadimləri, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan xalq yazıçısı, akademik Kamal Abdulla bildirib ki, layihə Azərbaycan Yaradıcılıq Fondunun və Azərbaycan Dillər Universitetinin təşəbbüsü ilə ərsəyə gətirilib:

“Bildiyiniz kimi, Mədəniyyət Fondunun adı dəyişdirilərək Yaradıcılıq Fondu oldu. "Sim-sim Press" Nəşriyyatı və Yaradıcılıq fakültəsi Fondun nəzdində açılıb. Nəşriyyatın açılması qarşımıza yeni perspektivlər çıxarır. İnanıram ki, perpektivləri dostlarımızla birlikdə reallaşdıracağıq. Bakı Slavyan Universitetində rəhbərlik etdiyim vaxtlarda Yaradıcılıq fakültəsində istedadlı gənclər və qabaqcıl söz ustaları ilə birgə fəaliyyət göstərmişdik. Həmin fakültə Yaradıcılıq Fondunun binasında yenidən bərpa edilir. Fakültənin yeni dekanı yazıçı Mübariz Örəndir. Nəşriyyatın baş redaktoru isə Qismət Rüstəmovdur. Nəşriyyatın və fakültənin fəaliyyətinə uğurlar arzu edirəm”, - akademik deyib.

"Sim-sim Press" Nəşriyyatının baş redaktoru Qismət Rüstəmov çıxışında Yaradıcılıq fakültəsinin yenidən bərpasını yüksək qiymətləndirib. Fakültənin gənc istedadların infişafında mühüm rol oynayacağını vurğulayıb:

“Əvvəllər Yaradıcılıq fakültəsi Bakı Slavyan Universitetində fəaliyyət göstərərkən peşəkar ədəbiyyatla təmasımızı burada təşkil edilən ustad dərslərindən qazandıq. Dəyərli ustadların mühazirələri, söhbətləri bizə çox şey qazandırdı. O mühitin itməməsinin, bu günə qədər gəlib çıxmasının təşəbbüskarı ustadımız Kamal Abdulladır. Eyni Fondda Sim-sim.az saytı, nəşriyyat və fakültə fəaliyyət göstərəcək. Hətta teatr yaradılması ideyası da var. Kamal Abdulla sanki kiçik modeldə qalaktika yaradır”.

Tarix
2022.01.25 / 21:15
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla