Yuxarı

Əli Nur: “Məzahirin arvadı ona xəyanət etmişdi…”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Nur: “Məzahirin arvadı ona xəyanət etmişdi…”

Məzahir Süleymanovu xalq tanımır. Əbülfəs Qarayevin Allah atasına rəhmət eləsin ki, artist olmayanları xalq artisti elədi.

Axar.az xəbər verir ki, bunu Akademik Milli Dram Teatrının tanınmış aktyoru Əli Nur deyib. Aktyor Ölkə.az-a geniş müsahibəsində Sumqayıt Dövlət Teatrının aktyoru, xalq artisti Məzahir Süleymanov barəsində açıqlama verib:

"O mənə demişdi ki, heç bir teatr məni qəbul etmir. Dedim, səni Sumqayıt teatrına apararam. Soruşdu ki, məni ora işə götürərlər? Cavab verdim ki, zamin duracağam.

Ağakişi Kazımov Azərbaycanda bir neçə teatrın baş rejissoru olub, professordu. Girdim onun qəbuluna və Məzahir Süleymanovun xahişini etdim.

1977-ci ildə "Poladəridənlər" əsərinin məşqi zamanı Məzahir mənə yaxınlaşıb dedi ki, özümü öldürmək istəyirəm. Səbəbini soruşdum. Dedi ki, yoldaşım mənə xəyanət edib. Məsləhət gördüm ki, elədirsə, boşanın. Məlum oldu ki, yoldaşı həm də bunu evdən qovub".

Ə.Nurun sözlərinə görə, Məzahirin yoldaşının kimin sevgilisi olduğunu da öyrənib: "Bundan sonra altı ay Məzahiri evimdə saxladım. Gedib qadınla danışdım. Zina adlı qadın idi. Dedim ki, Zina, bu aktyoru bədbəxt eləmə, get ərizəni ver, boşan. Dedi, onun hünəri var boşansın, mən boşanmıram. Məzahirin o qadından iki uşağı var idi. Qadını bir az sıxma-boğmaya salandan sonra boşanma haqda ərizə yazmağa razı oldu. Mən boşatdırdım. Çünki arvad onu it yerinə qoymurdu".

Aktyor söyləyib ki, Məzahir yoldaşından ayrılandan sonra onu çox adamlara elçi göndərib: "Elçi getdiyim adamlar deyirdilər ki, biz sənə ərə gedərik. Amma bu gözləri göy, dişləri seyrək kürənə getmərik. Bunu Məzahir özü də eşidirdi, bilirdi".

M.Süleymanov isə Ə.Nurun sözlərini qismən təsdiqləyib: "Əli Nurun intihar etmək istəməyimlə bağlı dedikləri 40 il əvvəl olub. Mən heç vaxt ona yaxınlaşıb belə söz deməmişəm. Bəli, 38 il əvvəl yoldaşım mənə xəyanət etmişdi. Amma bu barədə ona deməmişəm.

Dərdimi elə adamlara açmıram. Ancaq birinci ailəm xəyanət ucbatından dağılmışdı, həyat yoldaşım mənə xəyanət etmişdi. Ailədə belə hadisələr olur da. Bəli, onu düz deyir".

M.Süleymanovun dediyinə görə, 6 ay onun evində yaşamayıb: "Evim yox idi ki, onun evində yaşayırdım? Biz qonşu idik. Deyir ki, guya mənim üçün elçi gedib. Tamamilə yalandır. Ümumiyyətlə, bu adam şizofrenikdir. Onun sözünə ciddi münasibət bəsləmək də heç düzgün deyil".

Tarix
2015.08.26 / 16:00
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla