Yuxarı

“Bu şəhərdə”dən Rəşad Məcidə sərt reaksiya

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu şəhərdə”dən Rəşad Məcidə sərt reaksiya

Mən arzu edərdim ki, bizi tənqid edən adamların da zövqü, səviyyəsi nə vaxtsa bizim tamaşaçıların zövqünə çatsın.

Bu sözləri "Bu şəhərdə"nin prodüseri Müşfiq Abbasov onları tənqid edənlər haqqında Axar.az-a danışarkən deyib:

"Bizim tamaşaçıların içində milli qəhrəmanlar, Olimpiya çempionları da daxil olmaqla fəhlələrdən məmurlara qədər hər cür adam var. Onların hamısı bizim üçün eynidir, əzizdir. Mən arzu edərdim ki, bizi tənqid edən adamların da zövqü, səviyyəsi nə vaxtsa bizim tamaşaçıların zövqünə çatsın.

Bizim komandanın gülüşü sırf intellektual gülüş də deyil. Bütün müğənnilər eyni janrda mahnı oxuya bilməz ki. Hamı muğam və ya klassik mahnılar ifa edə bilməz. Hər janrın öz sevəni var.

Kimsə caz dinləyir, kimsə opera. Bizim teatr estrada teatrıdır, burada hər şey var, bura dram teatrı deyil. Bəzi səhnəciklərimiz çox intellektual adamlar üçün, bəziləri uşaqlar üçün, bəziləri də orta təbəqə üçündür.

Bu gün Azərbaycanda ən böyük tamaşaçı kütləsi bizdədir, bu faktdır, heç kim dana bilməz. Heç kim deyə bilməz ki, bizim qədər konsert verib. Bir ildə 20 konsert vermək hər adamın işi deyil. Min şükür ki, bu tamaşaçı kütləsi bizimlə birlikdədir.

Bir də bizi tənqid edən yazarlara demək istəyirəm ki, konsertlərimizin biri üçün yüksək zövqlə bir ssenari yazıb gətirsinlər, Rafaellə Coşqun onu böyük məmnuniyyətlə oynayarlar".

Qeyd edək ki, Axar.az-ın ən yaxşı yumor komandası və yumoristi haqqında keçirdiyi sorğuda yazar Rəşad Məcid "çox istedadlı aktyorlar olan Rafael və Coşqun da məcbur olub səviyyəsiz, bayağı tamaşaçı zövqünün səviyyəsinə enməli olub", – demişdi.

Tarix
2015.08.28 / 08:30
Müəllif
Nigar An
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla