Yuxarı

Fransa səfiri naşirin kənddəki evinə necə getdi?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun onun dogma kəndinə - Yardımlının Hamarkəndinə getdiyi və orada bir gecə qaldığı barədə paylaşım edib. Səfirin kənd sakinləriylə ot biçib, həmsöhbət olması sosial şəbəkələrdə maraqlı qarşılanıb.

Naşir Şahbaz Xuduoğlunun mövzu ilə bağlı Kult.az-a müsahibəsini təqdim edirik:

- Fransız səfiri naşirimizin kəndinə gedir, ot biçir, gecə də qalır… “Sərgüzəşt” necə başladı?

- Oktyabr ayında Fransanın mədəniyyət naziri tərəfindən “İncəsənət və Ədəbiyyat” ordeninin “Cəngavər” dərəcəsi ilə təltif olundum. Səfirlik medalın təltifolunma məkanını seçməyi mənim öhdəmə buraxmışdı. Düşünürdüm ki, mərasim ya bizim kənddə, ya da səfirliyin uyğun bildiyi məkanda baş tuta bilər. Amma o vaxt Yardımlının Hamarkəndində qar yağmışdı, həm də qonaqları aparmaq üçün orada şərait yox idi. Ona görə mükafatın səfirlikdə təqdim olunmasına qərara verdik. Elə həmin gün səfiri uyğun bir vaxtda kəndimizə qonaq dəvət etdim. O isə məmnuniyyətlə razılaşdı və gedəcəyimiz tarixi müəyyən etdik.

- Sizcə, səfirin dəvətinizi qəbul etməsinin səbəbi nə idi?

- Ona ümumiyyətlə, maraqlı gəlirdi biz necə böyümüşük: kənddə insanlar nə işlə məşğul olur, necə dolanırlar. Ümumi Azərbaycan kənd həyatı ona maraqlı gəlirdi. Səfir bir gecə bizdə qaldı. Kənd camaatı ilə söhbət etdi, ənənəvi uşaq vaxtı yediyimiz yeməklərin dadına baxdı. Kənd həyatı ona tamamilə qeyri-adi görünürdü. Bizə də çox xoş və maraqlı oldu. Bundan əlavə, səfir çox gözəl yol yoldaşıdır.

- Səfir bu səyahətdən Azərbaycanla bağlı nələr qazandı?

- Zakari Qross iki ilə yaxındır ki, Azərbaycanda səfirdir. Məncə, bu səfərdə iki ildə Azərbaycanın görmədiyi yönlərini kəşf etdi və ölkəmiz onun təsəvvüründə daha da dolğun formalaşdı. Mehriban insanları, xoş, gözəl təbiəti, mənzərəsi ilə təsəvvüründə başqa bir Azərbaycan canlandı.

- Fransa kimi ölkənin səfirini qonaq etmək təhlükəsizliyi baxımından xeyli məsuliyyətlidir. Bunu üzərinizə necə götürdünüz?

- Hamı bilir ki, Azərbaycan təhlükəsiz ölkədir. O cümlədən, mən də çox arxayın idim. Nə ola bilərdi ki? Bu vaxta qədər biz rayonlarımıza rahat gedib-gəlmişik. Həmçinin maşının nömrəsi bildirirdi ki, bu, səfir maşınıdır. Nəyəsə xüsusi diqqət yetirilmədi. Həm də mənim xaricdən olan dostlarım, diplomatik səlahiyyəti olan şəxslərlə birlikdə kəndimizə getməyim birinci dəfə deyildi.

Tarix
2022.05.23 / 15:57
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla