Yuxarı

Tailandın baş naziri olan azərbaycanlı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tailandın baş naziri olan azərbaycanlı

Müasir Tailand ərazisi ilə Azərbaycan arasında ticari əlaqələr XI əsrdən başlamışdı. Azərbaycandan bu ölkəyə tacirlər gedir və bəzən burada qalıb ticarətlə məşğul olurdular.

Səfəvilər dövründə də bu ölkə ilə əlaqələr tacirlər vasitəsilə aparılırdı. Azərbaycan malları bu ölkədə satılır, Tailanddan da Bakı, Şamaxı, Təbriz, Ərdəbilə mallar gətirilirdi.

1600-cü ildə Səfəvi dövlətinin xarici əlaqələrini qurmaq üçün tacir Şeyx Əhməd qardaşı Məhəmməd Səidlə birlikdə Siamda məskunlaşır. Qeyd edim ki, 1543-cü ildə indiki İran Astarasında anadan olan Şeyx Əhməd burada qeyri-formal diplomat rolunu oynayırdı və onun kral Songtamın yanında böyük nüfuzu var idi, buna görə də kral da onu Qərbdən gələn tacirlərə nəzarətçi təyin edir. Bir neçə dildə sərbəst danışan Şeyx Əhməd kral tərəfindən islam işləri naziri, sonra Baş nazir təyin edilir. Tailandda Baş nazir olandan sonra Taj Bünnaq adını götürən Şeyx Əhməd buddizmi qəbul edir, zamanla onun nəslinin Azərbaycanla əlaqələri kəsildiyi üçün assimilyasiya olurlar.
Əsrlər boyu onun ailəsi ştatda əsas vəzifələr tutmuş və Tailand tarixində ən görkəmli ailələrdən biri olmuşdur. Bu gün də bu nəslin nümayəndələri Tailanda yüksək vəzifələr tuturlar və maraqlıdır ki, nəslin nümayəndələri içərisində alimlərdən biri Javad adlanır və hazırda bu ölkədə nüfuzlu adamdır.

Qeyd: Tailandın Ayuttaha şəhərində Şeyx Əhməd Quminin məqbərəsi yerləşir. Fotosunu təqdim edirik:

Tarix
2022.05.29 / 09:00
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir

AB və Azərbaycan arasında mühüm müzakirə

Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi

Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq

Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı

İlham Əliyevin orada yer alması təsadüfi deyil - Aksoy

Bu deputatlara vəzifə veriləcək - Siyahı

Bu şəxslərə xoş xəbər: Maaşları iki dəfə artacaq

3 aydan sonra Ermənistana hücum olacaq - Hazırlıq başladı

Həbsdə olan jurnalistin ailəsində növbəti faciə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla