Yuxarı

İçərişəhərdə aparılan tikinti ilə bağlı açıqlama

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İçərişəhərdə aparılan tikinti ilə bağlı açıqlama

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İçərişəhər ərazisində, Müslüm Maqomayev küçəsi ev 56 ünvanında yerləşən binanın damında tikinti işlərinin aparılmasına münasibət bildirib.

Kult.az-ın məlumatına görə, idarədən Report-a açıqlamada Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 nömrəli qərarına və ona edilmiş əlavələrə əsasən sözügedən binanın tarixi abidə statusu daşımayan xüsusi mülkiyyətdə olan qeyri-yaşayış binası olduğu bildirilib.

Vurğulanıb ki, ikimərtəbəli qeyri-yaşayış binası 2000-ci illərin əvvəllərində tikilib və Qoruq İdarəsi yaradıldıqdan sonra binaya heç bir əlavə və dəyişiklik edilməyib:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin mətbuat xidməti ictimaiyyətin nəzərinə çatdırır ki, 16.07.2021-ci il tarixində İdarəyə mülkiyyətçinin binanın damında təmir işlərinin aparılması üçün müraciəti daxil olub. Rəsmi müraciətə əsasən, binanın dama çıxan pilləkən qəfəsinə yüngül metal-şüşə materialdan, məhəccərlərinə isə təhlükəsizlik baxımından ümumi mənzərəni pozmamaq şərti ilə şəffaf şüşə materialdan konstruksiyaların quraşdırılmasına razılıq verilib. İşlər razılaşdırılmış layihə sənədləri əsasında İdarənin mütəxəssislərinin nəzarəti altında aparılır. Binanın terrasında hər hansı bir ictimai-iaşə obyektinin fəaliyyət göstərməyinə dair Qoruq İdarəsinə icazə üçün müraciət daxil olmayib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bir daha tariximizin və mədəniyyətimizin nadir incisi olan İçərişəhərin və onun abidələrinin qorunmasına biganə olmayan hər kəsə təşəkkür edir".

Tarix
2022.06.22 / 18:28
Müəllif
Kult.az
Digər xəbərlər

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla