Yuxarı

Zaurun efir təlxəkliyi, yaxud gedəçələrin Bakıya zərbəsi...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Zaur Kamal adlı bir aparıcının efirdən güneyli müğənni Afşini qovmasını əks etdirən video bir daha Azərbaycanın şou-efirinin tam bir rüsvayçılıq olduğunu üzə çıxardı.

Əvvəla, güneyli müğənni Afşin Azərinin canlı efirdən öncə nə deməsinin, özünü necə tərifləməsinin tamaşaçıya heç bir aidiyyəti yoxdur. Əgər Zaurun xoşuna gəlməmişdisə, elə həmin vaxt, canlı efir başlamamış Afşini yola sala bilərdi.

İkincisi, qonaq tərəfindən efirdə heç bir tərbiyəsizliyə, etik normalardan kənar hansısa ifadəyə yol verilməyib. Hətta Zaur “efirdən əvvəl” nağılı ilə "şou"ya və ona verilən tapşırığın icrasına başlayanda, yalnız, “kişi arasındakı söz kişi arasında qalsa yaxşıdır” deməklə, söhbətdən imtina etməyə çalışmaqla kişilikdən danışdı ki, burda da Zaurluq bir məsələ yoxdur.

Üçüncüsü, “pərdə arxasında dediyin söz xətrimə dəydiyi üçün indi səni verilişdən çıxarıram” məntiqi qədər qeyri-peşəkarlıq və gülünclük ola bilməz. Əgər Afşini efirdən qovmaq sifarişi olubsa, çox uğursuz icra edildi!

Dördüncüsü, sən şou yarada, efirdə meymunluq edə, kimisə efirinə çağıra və efirindən qova bilərsən – sənin verilişinin səviyyəsi də məlumdur, orda media, aparıcı, jurnalist adına həqarətlərin yaşanması da. Ancaq sən bir güneylini – həm də adı Afşin Azəri olan şəxsi efirdən qova bilməzsən. Ona görə yox ki, o, böyük müğənnidir; ona görə ki, Afşindir, Azəridir, Güneydən gəlib, Bakıda qonaqdır.

Sən qalmaqal yaratmaq, təlxəklik, klounluq, verilişi “şit” etmək və yaxud kiminsə sifarişini yerinə yetirmək istəyirsənsə, et – zatən indiyə qədər bununla məşğul olmusan! Ancaq bu dövləti öz dövləti bilən 40 milyonun qəlbinə dəyə bilməzsən, səni buna görə doğulduğuna peşman edərlər!

Güneydə Bakı kultu, Azərbaycan dəyəri var – sən güneylilərin bu ölkəyə olan sevgisinə toz qonduramağa qalxarsansa, bu xalq üçün yalnız Marqarita Simonyan ola, içimizdəki “5-ci kolon”un eybəcər simasına çevrilə bilərsən ki, onların da ünvanına hansı sözlər deyilir, bilməlisən!

Dəhşətdir: kanallar səviyyəsi ciddi şübhə doğuran intellektsiz təlxəklərə efir verəndə nəticəsi əlbəttə ki, belə olmalıdır.

Ancaq nə qədər manqurt olsan da, milli maraqlar gündəmə gələndə səni efirə buraxanlar sənin ipini çəkməyi bacarmalıdır.

Bu qədər də olmaz! Sanki dədəsinin xarabasıdır – istədiyini çağırıb, heç bir səbəb olmadan, sadəcə, kefi istədiyi üçün efirdən qovmaq kimi etikadan, məntiqdən və jurnalist kodeksindən kənar addım atılacaq, milli maraqlarımıza uyğun olmayan, Bakıya sevgini azaldan bir iş görüləcək və hər kəs susacaq?

Mən Zaur kimisinə məsləhət verə bilmərəm – çünki qozbeli qəbir düzəldər. Ancaq bu kanalın bir yiyəsi var deyəsən!

Siz Afşini ən azı adına, afşinlər tayfasına və bu tayfanın Azərbaycan tarixində oynadığı rola, afşinlərin hazırkı nəslinə və güneylilərə görə efirdən heç bir səbəb olmadan qova, Bakıya güneylilərdən neçəsininsə nifrətinin yaranmasına səbəb ola bilməzsiniz! Sizin buna heç bir haqqınız yoxdur!

Kimə xidmət edirsiniz? Kimin sifarişini icra edirsiniz? Sizə güneyliləri narazı salmaq tapşırığını hansı dəyyus verib və hansı siyasi düşüncə ilə bunu icra edirsiniz?

Bunlara cavab verilməlidir - ən qısa müddətdə...

Tarix
2022.06.30 / 11:23
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla