Yuxarı

Rəhim Rəhimlidən nələr yazırlar?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəhim Rəhimlidən nələr yazırlar?

Xəbər verdiyimiz kimi, tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli bu gecə 45 yaşında dünyasını dəyişib.

Kult.az xəbər verir ki, sənət dostları sosial şəbəkələrdə müğənninin ölümü ilə bağlı başsağlığı verib. Onlardan bir neçəsini təqdim edirik:

Xalq artisti Röya Ayxan: “Azərbaycan incəsənətinə ağır itki oldu. Ailəsinə, Rəhim Rəhimli pərəstişkarlarına başsağlığı diləyirəm. Kədərinizə şərikəm. Allah rəhmət eləsin!”

Müğənni Elnur Məmmədov: “Rəhim Rəhimli, ən son görüşəndə məni çox kövrəltdin. Mənə çox xoş sözlər dedin. Səni gözəl ürəyə sahib bir insan, dürüst biri kimi tanıdım. Ömrüm boyu da elə xatırlayacam. Bu xəbərin məni çox sarsıltdı. Allah sənə rəhmət eləsin!”

Xalq artisti Aygün Kazımova: “Qol-qola, çiyin-çiyinə səhnələr paylaşdığım, yollar keçdiyim, dərdlər bölüşdüyüm dostum! Çox ağır xəbər oldu. Çox arzular yarım qaldı... Allah sənə rəhmət eləsin Rəhim! Sevənlərinin və dostlarının qəlbində əbədi yaşayacaqsan, mənim əziz dostum!”

Tanınmış reper Ramil Nabran: “Kimindi ki bu dünya?! Nə sənin, nə mənim, nə də başqasının... Səhəri bu xəbərlə oyanıb xəbərin real olduğuna inanmaq çox çətindir. Azərbaycanda musiqi və estrada sahəsində böyük işlər görmüş, bir zamanlar isə Muz TV (MTV) kanalını brend hala gətirən, dahi sənətçi və dostum Rəhim. Fanidir bu dünya... Allah sənə rəhmət eləsin! ”

Müğənni Samir Cavadzadə: “2 gün öncə biz telefonla qəhqəhə ilə danışıb gülmüşdük. Dostumdan sənətim haqqında gözəl sözlər, məni nə qədər çox istədiyini eşitmək mənim üçün çox dəyərli idi. Sabah görüşməli idik. Hələ də sabah bir yerdə olacağımızı düşünürəm. Məkanın cənnət olsun, Rəhim Rəhimli!”

Tarix
2022.09.30 / 12:15
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla