Yuxarı

Rəhim Rəhimlinin şəxsi faciəsi... - Keçmiş həkimi danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəhim Rəhimlinin şəxsi faciəsi... - Keçmiş həkimi danışdı

Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru, kardioloq Üzeyir Rəhimov dünən dünyasını dəyişmiş müğənni Rəhim Rəhimli ilə bağlı açıqlama verib.

Kult.az xəbər verir ki, Ü.Rəhimov Rəhim Rəhimlinin 3-4 il əvvəl pasiyenti olduğunu və ağır ürək çatışmazlığından əziyyət çəkdiyini deyib:

"3-4 il əvvəl pasiyentim olmuşdu, hospitalizə etmişdik. Ağır ürək çatışmazlığı ilə gəlmişdi. Bir az düzələn kimi qaçdı, yəni çox mədəni şəkildə getməli olduğunu söyləyib, xəstəxanadan ayrıldı. Digər pasiyentlərlə bir palatada qalırdı, bir dəfə də "mənim palatamı dəyişdirin" demədi.

Səhnədə şən görünməsinə baxmayın, çox danışmazdı. Daxilində isə durmadan danışdığını, amma sitəmlərini dilə gətirmədiyini anlayırdım. Yanına gələn heç kimsə yox idi, bir neçə nəfərdən başqa, baxmayın bu gün sosial mediaya. Yəqin özünün maddi vəziyyəti bərbad idi. Xəstəxana xərclərini də kimsə ödəmək istəmirdi. Hər şeyin fərqində idi. Ona dəstək olanları daha da xərcə salmamaq üçün xəstəxanadan vaxtından əvvəl ayrılmışdı.

Yaradıcılıq qabiliyyəti olan insanlara həmişə heyran olmuşam, bəlkə də məndə belə xüsusiyyət olmadığından. Ya da Tanrıya bizlərdən bir az daha yaxın olduqları üçün. Yaratmaq xüsusiyyətləri onlarda Tanrıdan daha böyük parça daşıdıqlarının göstəricisi idi.

Müalicəsini davam etdirməsi gərəkdiyini söylədiyimdə “mütləq gələcəm” demişdi. Gəlməyəcəyini bilirdim. Hətta bu qədər yaşayacağını da düşünmürdüm. Amma yəqin ki, bir şeylər hiss edirdi, sonun yaxınlaşdığını".

Tarix
2022.10.02 / 01:01
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla