Yuxarı

Əməkdar artist klinikanı məhkəməyə verir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əməkdar artist klinikanı məhkəməyə verir

Travmatologiya İnstitutunda mənə dedilər ki, biz ancaq 1 saylı Kliniki Tibbi Mərkəzin səhvlərini düzəltməklə məşğuluq.

Bu sözləri əməkdar artist Əli Nur 1 saylı Kliniki Tibbi Mərkəzdə həkim səhlənkarlığı ucbatından başına gələn bədbəxt hadisə ilə bağlı Axar.az-a danışarkən deyib:

"Mən konkret hansısa həkimdən yox, ümumiyyətlə, klinikadan şikayətçiyəm. Dünən polis bölməsinə getmişdim. Mənə dedilər ki, sorğu-sual davam edir, sənədləri məhkəməyə göndərəcəyik.

Mən klinikanı ona görə məhkəməyə vermək istəyirəm ki, 60 yaşında, 30 ilin cərrahı öz sənətini bilmir. Nə qədər xəstəni bu cür bədbəxt edirlər. Baş həkim deyir, hara istəyirsən, şikayət elə. Dedim, prezidentə müraciət edəcəyəm".

Xatırladaq ki, Kliniki Tibbi Mərkəzin həkimi, 1957-ci il təvəllüdlü Əli Əhməd oğlu Səmədovun yanlış müalicəsi nəticəsində əməkdar artist Əli Nurun əmək qabiliyyətinin 10 faizini itirməsi ilə bağlı Cinayət Məcəlləsinin 131-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Tarix
2015.10.15 / 16:01
Müəllif
Nigar An
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla