Yuxarı

Yafəs təqaüdünü mənə verdi ki, üzük al…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yafəs təqaüdünü mənə verdi ki, üzük al…

Yafəs... Onu mənim qədər yaxından kim tanıya bilərdi ki?! O, talesiz adam idimi? Bəlkə də... Amma bu talesizlikdən özünə böyük mənada TALE yaratmışdı! Taleyini poeziyaya çevirməyi bacarmışdı...

Yafəsin içindəki fırtınalar onu sabit bir həyat yaşamağa qoymurdu. Yafəs bütün çərçivələrə meydan oxuyan adam idi. Bütün qeyri-adilikləri içindəki talesiz adamı ovutmaqdan ötrü idi... Düşündüyünü birbaşa dilə gətirməkdən heç vaxt çəkinməzdi.

Yafəs öz HƏQİQƏTİNƏ son nəfəsinə qədər sadiq qalmağı bacardı. Həmişə öz HƏQİQƏTİ uğrunda döyüşdü, savaşdı. Buna görə təhdidlərə məruz qalsa da, qınaq obyektinə çevrilsə də, çox şeylərdən məhrum olunsa da, inandığı HƏQİQƏTƏ heç vaxt xəyanət etmədi.

Biz Yafəslə bir dilim çörəyi duza batırıb yemişik. Biz Yafəslə çətin, ağır günlər yaşamışıq. Yafəs məni yıxılmağa qoymayan adam olub. Dar günümdə həmişə yanımda Yafəsi görmüşəm. Yafəs mənə bütün dostlarımdan vəfalı çıxıb. Çünki bizim dostluğumuzda təmənna anlayışı olmayıb!

Yafəs övladının gödəkçəsini mənə verib ki, qışda soyuqdan donmayım.

Yafəs təqaüdünü mənə verib ki, get özünə nişan üzüyü al.

Yafəs çarəsiz günlərimdə yanımda oturub hönkür-hönkür ağlayan adam olub.

Yafəs məni sınmağa, əyilməyə qoymayıb. Yafəs ağır xəstə yatdığım vaxtlarda qapı-qapı düşüb pul yığıb, hər gün bazarlıq edib gətirib, dərmanlarımı alıb, məni xəstəxanaya çatdırıb.

Yafəsin mənim boynumda o qədər haqqı var ki, onun borcundan heç vaxt çıxa bilməyəcəyəm...

Heç vaxt bunları yazmamışam. Özü də istəməzdi ki, yazım... Biz Yafəslə iki mininci illərdə “Yazar” ədəbi qəzetini birlikdə nəşr etmişik. Minbir zülümlə çıxartmışıq o qəzeti! Yafəsin ədəbiyyat sevgisi sonsuz idi. Ədəbiyyat onu yaşadan, təsəlli verən, həyata bağlayan yeganə qüvvə idi.

Yafəs o qədər diri adam idi ki, mən heç cür onun ölümünü təsəvvür edə bilmirəm... Ağlıma sığışmır...

Cəbrayıl azad olunanda ona zəng vurub təbrik elədim. Telefonda səsi boğuldu. Sonralar Cəbrayıla getməkdən qorxurdu. Deyirdi, təsəvvürümdəki Cəbrayılı görə bilməsəm, dözə bilmərəm, ürəyim partlayar...

Yafəs doğulduğu torpağa qayıda bilmədi... Amma ruhu o torpaqlardadır, əminəm...

Narahat ruhun dinclik tapdı yəqin ki...

Səni doyunca ağladım, şair... Sənli xatirələr üstümə hücum çəkdi bu axşam... Acılı-şirinli xatirələr...

Sınmayan, əyilməyən adam... Xəstəliyə niyə yenildin axı?!

Əlvida, Yafəs... Narahat adam, kövrək adam, böyük şair... Görüşənədək!..

Tarix
2022.10.19 / 14:19
Müəllif
Kənan Hacı
Digər xəbərlər

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla