Yuxarı

“Yarımçıq əlyazma” Moldovada təqdim olundu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Yarımçıq əlyazma” Moldovada təqdim olundu

Moldovanın paytaxtı Kişinyovda İyon Kryange adına Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb.

Kult.az xəbər verir ki, imzalanma mərasimində Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, İyon Kryange adına Dövlət Pedaqoji Universitetinin prorektoru Olqa Gerlovan iştirak ediblər.

Sonra Azərbaycan Xalq yazıçısı, akademik Kamal Abdullanın rumın dilində “Sehrbazlar dərəsi” və “Yarımçıq əlyazma” romanlarının təqdimatı keçirilib.

Təqdimatdan əvvəl qonaqlar İyon Kryange adına Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən, Moldova Azərbaycanlıları Konqresi tərəfindən yaradılan həftəsonu Azərbaycan məktəbi ilə tanış olublar. Konqresin sədri Elçin Bayramov həftəsonu Azərbaycan məktəbi haqqında məlumat verib, sonra burada təhsil alan şagirdlər Zəfər Gününün tarixi haqqında qonaqları məlumatlandırıblar.

Daha sonra geniş auditoriyada Kamal Abdullanın rumın dilində kitablarının təqdimatı keçirilib. Təqdimatda çıxış edən səfir Qüdsi Osmanov, Moldovanın hakim Hərəkat və Həmrəylik Partiyasından olan deputat Vitali Jakot, rumın dilinə kitabın tərcüməçisi, filologiya elmləri doktoru, publisist Lyudmila Bejenaru Kamal Abdullanın yaradıcılığı barədə geniş danışıblar. Qeyd ediblər ki, bu kitablar Azərbaycan və Moldova arasında ədəbiyyat sahəsində inkişafa böyük töhfə verəcək.

Tədbirin sonunda təqdimatın keçirilməsində xidməti olanlara təşəkkürünü bildirən müəllif Kamal Abdulla “Sehrbazlar dərəsi” və “Yarımçıq əlyazma” romanlarının yaranma tarixi haqqında danışıb.

Kitabların təqdimatı müəllif, tərcüməçi və auditoriya arasında maraqlı diskussiya ilə davam edib.

Sonra Kamal Abdulla qonaqlar üçün kitablarını imzalayıb.

Tarix
2022.11.14 / 17:46
Müəllif
Kult.az
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla