Yuxarı

Şuşadakı məscidlərin bəzisi muzey ola bilər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşadakı məscidlərin bəzisi muzey ola bilər

Şuşada olan məscidlər əsasən aidiyyəti üzrə fəaliyyət göstərəcək. Çünki məscidin məscid funksiyası var.

Kult.az Report-a istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, elə məscidlər var ki, onlardan muzey kimi də istifadə etmək olar:

"Bu da Şuşanın simasına əlavə gözəllik və yaraşıq gətirəcək".

S.Salahlı qeyd edib ki, azad edilmiş ərazilərdə dağıdılan tarixi-dini abidələrin hamısını mümkün qədər bərpa ediləcək:

"Məsələ orasındadır ki, ermənilər dünya ictimaiyyətinin qınağından çəkindiklərindən misal olaraq, Gövhərağa, Ağdam və digər məscidləri dağıda bilməyiblər. Dağıdıb bərbad günə salsalar da, yerlə-yeksan edə bilməyiblər. Elə məscidlər də olub ki, təməlinə qədər dağıdıblar. Həmin məscidləri yenidən bərpa etmək lazımdır. Dini ocaqları bərpa edəcəyik ki, yurd-yuvalarına qayıdan soydaşlarımız dini ibadətləri rahat edə bilsinlər".

Şuşadakı Qazançı və rus kilsəsinin aqibətinə də aydınlıq gətirən sədrin birinci müavini əlavə edib ki, hər iki yerdə bərpa işləri davam edir:

"Həmin yerlərdə də aidiyyəti üzrə tədbirlər keçiriləcək. Bütün Allah evlərinə hörmətlə yanaşırıq və oranı da məhz Allahın evi hesab edirik. Ermənilərdən bizim fərqimiz ondan ibarətdir ki, onlar üçün müqəddəs heç nə yoxdur. Onlar qarşısına çıxan hər şeyi dağıdıblar, kökündən silib aparıblar ki Azərbaycanın orada izi qalmasın. Lakin unudublar ki, tarix var və biz orada yaşamışıq".

Tarix
2022.11.22 / 12:18
Müəllif
Kult.az
Digər xəbərlər

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Əsədov Mişustinlə telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla