Yuxarı

ODA xalq artistini məhkəməyə vermədi – Səbəb

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
ODA xalq artistini məhkəməyə vermədi – Səbəb

Gənc aktyorlar Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Məliki məhkəməyə verməkdən imtina ediblər.

Bu barədə Axar.az-a ODA teatrının rəhbəri Elmin Bədəlov deyib.

Teatr rəhbərinin sözlərinə görə, R.Məliki məhkəməyə vermək əlavə vaxt itkisi olacaq:

"Ramiz Məlik sağ olsun, bizə mediada böhtan atandan sonra tamaşalarımız daha uğurla gedir və teatra üz tutan insanların sayı artıb. Bundan da əlavə, düşündük ki, Ramiz Məliklə məhkəmədə çəkişmək əlavə vaxt itkisi olacaq.

Vaxtımızı məhkəməyə sərf etməkdənsə yeni tamaşalar hazırlamaq qərarına gəldik. Hətta Ramiz Məlikin mediada bizə hücumlarından sonra sosial şəbəkələrdə ona qarşı tənqidi fikirlər səsləndi. Bu da göstərir ki, hər kəs doğrunu görə bilir".

Qeyd edək ki, bir müddət bundan öncə xalq artisti ODA teatrının ünvanına ağır ittihamlar səsləndirmiş, gənc aktyorları əxlaqsızlıqda günahlandırmışdı. Xalq artisti ODA teatrının tamaşalarının əxlaqsızlığı təbliğ etdiyini iddia etmişdi.

Tarix
2015.10.27 / 02:00
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla