Yuxarı

Murad Arifdən oğurluq iddiasına cavab - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Murad Arifdən oğurluq iddiasına cavab - Video

Müəyyən oxşarlıqlar var, amma plagiat dərəcəsində deyil.

Bu sözləri gənc bəstəkar Murad Arif "Yeganə" mahnısını Eldar Mansurovun "Taleyin oyunu" bəstəsindən plagiat etməsi iddiaları ilə bağlı Axar.az-a danışarkən deyib:

"İndi dinlədim. "Taleyin oyunu" mahnısı ilə tanış deyildim. Onu deyim ki, müəyyən qədər oxşarlıq sezdim, amma ittiham və ya plagiat dərəcəsində deyil. Müəyyən oxşarlıqlar var ki, bunlar normal qiymətləndirilməlidir. Biz hamımız o bəstələrlə böyümüşük. Ola bilər ki, uşaq vaxtı dinləmişəm və yaddaşımda qalıb. Çox sevinirəm ki, yaradıcılığımda Eldar Mansurov kimi sənətkarın yaradıcılığı ilə oxşarlıq var.

Düşünürəm ki, gənc yaradıcılar böyük sənətkarlarımızın yaradıcılığından bəhrələnməlidir. "Azərbaycan" adında yazılmış mahnını dinlədikdə doğmalıq hiss edirik, bax, bu hiss də ona bənzəyir. Biz o ənənələri davam etdirməliyik, bu, bizim borcumuzdur".

Xatırladaq ki, xalq artisti Eldar Mansurov Axar.az-a açıqlamasında sözügedən mahnıların bir-birinə çox oxşadığını, Murad Arifi isə vicdanı ilə baş-başa buraxdığını demişdi.

Tarix
2015.10.27 / 16:37
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla