Yuxarı

Alen Delondan irqçi fikirlər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alen Delondan irqçi fikirlər

Fransız kinosunun məşhur aktyorlarından Alen Delonun "Fransız xalqı ağ irqdir" deməsi yeni polemika yaradıb.

Axar.az xəbər verir ki, Alen Delon bu cür irqçi fikirləri "TV Maqazin" jurnalına verdiyi müsahibədə işlədib.

Aktyor fransız siyasətçi Nadine Moranonun "ölkə (Fransa) ağ irqdən təşkil olunub" sözünə dəstək verənlər arasında ilk yerdə gələnlərdən olub:

"Avropa millət vəkili (Nadine Morano) çox cəsurdur, sözləri ilə mən də razıyam, amma mən sağçı deyiləm. Bilirəm, hamınız mənə nifrət edirsiniz, mənə hirslənirsiniz. Amma mən düşündüyümü deyirəm. Deməyə də davam edəcəyəm".

Bir həftə sonra 80 yaşı olacaq aktyor müsahibəsində xaricilərə, xüsusən müsəlmanlara qarşı olması ilə tanınan sağçı, radikal Milli Cəbhə Partiyasını da müdafiə edib:

"Milli Cəbhə Partiyası 6 milyon fransızı təmsil edir. Bu insanların hamısı gic, axmaqdır? Bu partiyanı sevməyə bilərsiniz, amma hörmət etməlisiniz. Mən partiyaya yaxın deyiləm, amma 50 ildir partiyanın qurucusu Jan Mari le Penin yaxın dostuyam".

Tarix
2015.10.29 / 22:32
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla