Yuxarı

Kütləvi istefalarla bağlı ARKİ-dən açıqlama

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kütləvi istefalarla bağlı ARKİ-dən açıqlama

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) istefalarla bağlı məlumatlara münasibət bildirib.

İttifaqdan Kult.az-a bildirilib ki, ARKİ-nin Nizamnaməsinə əsasən səbəbindən asılı olmayaraq istənilən üzv olan şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər.

"Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi üzvlərinin üzvlükdən imtina etməsi ilə əlaqədar bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar ARKİ-yə heç bir müraciət daxil olmayıb. Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılıb, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini ifadə edərək əksinə adlarından istifadə edərək bu xarakterli məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildirib", - qurumdan qeyd edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il iyunun 21-də yaradılıb. Həmin gündən İttifaqın sədri vəzifəsini Xalq artisti Şəfiqə Məmmədova tutur. Yenidən Ş.Məmmədovanın sədr seçilməsi barədə məlumatlar İttifaqda narazılıqlara səbəb olub. Əvvəlcə qurumun mətbuat katibi Əli Vəliyev, daha sonra Xalq artisi Əbdül Mahmudov, Xalq artisti Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyeva və başqaları üzvlükdən imtina etdiyini açıqlayıb. Onların üzvlükdən imtinasına İttifaqda olan haqsızlıqların səbəb olduğu iddia edilir.

Tarix
2023.01.26 / 16:18
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Azərbaycan İrana uçuşları dayandırıb?

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla