Yuxarı

“İndi ATV-nin qarşısındayam, nəslimiz...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İndi ATV-nin qarşısındayam, nəslimiz...”

Nahidə Orucovaya bizim ailə məsələmizə qarışmağı qadağan edirəm.

Bu sözləri xalq artisti Nuriyyə Əhmədovanın bacısı Maya xanım əməkdar artist Nahidə Orucovanın ittihamları ilə bağlı Axar.az-a danışarkən deyib:

"Nahidə nə deyirsə, yalandır! O, bizə şər atır. Heç birimiz istəmirik ki, Nahidə bizim ailəyə müdaxilə etsin. O deyirdi ki, qəbri düzəltdirəcəyəm, onu da etmədi, çəkildi kənara. Dünən Nuriyyənin 40 mərasimini təşkil etmişdim. Nə qədər qonaq qəbul etmişəm.

Gecə gördüm ki, ATV-də anonslar gedir, guya Nuriyyəni bacıları öldürüb. İndi ATV-nin qarşısındayam. Bütün nəslimiz ayağa qalxıb. Ay başınıza dönüm, Nuriyyənin bacıları ona yaxşılıqdan başqa nə etdilər axı?! Nuriyyə xəstə yatanda 20 gün onun yanında xəstəxanada qalmışam. Evimizin qapıları həmişə onun üzünə açıq olub. Amma bacım onun-bunun evində qalmağı sevirdi. Nahidə isə bizdən əl çəksin! Barışıq istəyir, mən barışığa da razıyam, əsas odur ki, bu söz-söhbətlər bitsin, Nuriyyənin ruhundan utansın, ayıbdır. Deyir ki, Nuriyyə yetim idi, küçələrdə qalmışdı. Nuriyyə yetim deyil, onun böyük bir nəsli var".

Xatırladaq ki, əməkdar artist Nahidə Orucova Modern.az saytına açıqlamasında bildirib ki, Nuriyyə Əhmədova bacılarının və ailəsinin diqqətsizliyinə dözməyərək vəfat edib.

Tarix
2015.11.19 / 13:27
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

İlham Əliyevlə Tokayev arasında görüş başladı

İlham Əliyevlə Paşinyan görüşdü - Video

Prezidentə təqdim olunan oyuncaqlar nədir? - Foto

Ermənistan heç özü Qarabağı müdafiə etmədi - Cabarov

Prezident Karla Kanqaluya məktub ünvanladı

İlham Əliyev Japarovu təbrik etdi

İlham Əliyev Şimali Kipr prezidentinə başsağlığı verdi

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla