Yuxarı

Ermənilərin 2 tank və 2 PDM-ni qənimət götürən kəşfiyyatçı…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

8 aprel 1992-ci ldə Azərbaycan tarixinin ən ağrılı günlərindən biridir. Ermənilər terror təşkilatı olan “Arabo” və “Aramo” ilə birlikdə Kəlbəcər rayonun Ağdaban kəndində soyqırım törətmişlər. 130 evdən ibarət Ağdaban kəndi erməni qüvvələri tərəfindən tamamilə yandırılmış, kəndin 779 nəfər sakininə işgəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq və 7 qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. Eyni zamanda Kəlbəcərin digər yerlərindən ağdabanlılara kömək üçün gələn 15 nəfərə yaxın dinc sakin də ermənilər tərəfindən öldürülmüşdür. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılmış, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunmuş və məhv edilmişdir.

Bu kənddə törədilənlərin qisasını almaq üçün Ülfət Kərimov kimi qəhrəman kəşfiyyatçımız neçə-neçə düşməni məhv edib və şəhid olub.

Ülfət Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcər şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb və qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Akademiyasına daxil olub.

1992-ci ilin sentyabrında təhsilini yarımcıq qoyaraq Qarabağ müharibəsinə könüllü olaraq yollanıb.

Birinci motoatıcı briqadasının komandirinin verdiyi 287 saylı, 9 oktyabr 1992-ci il tarixli arayışında göstərilir: “Böyük serjant Ülfət Ələkbər oğlu Kərimov 5 sentyabr 1992-ci il tarixdə Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə düşmənə məxsus bir ədəd tank (T-72), bir ədəd PDM, bir ədəd PK pulemyotunu, üç ədəd RPQ-7-ni qənimət kimi ələ keçirmiş və 60 qulduru məhv etmişdir“.

2 oktyabr 1992-ci il tarixində Laçın rayonunun Hoçaz dağında Ülfət Kərimov 2 ədəd tank, 2 ədəd PDM-2, 2 AQS-17, 2 ədəd minaatan (120 mm.-lik) ələ keçirmiş və 3 ədəd tankı məhv etmişdir.

Ülfət Kərimov Kəlbəcər rayonunun Ağdaban kəndində baş verən soyqırımın qisasını almaq üçün çox çalışırdı.

1993-cü ildə ermənilərlə qeyri-bərabər döyüşə girib kəndi onlardan azad etmək üçün bütün gücünü qoyan Ülfət yaralansa da, son nəfəsində də sayıqlığını itirməyib, düşmənin zirehli texnika kolonuna qarşı döyüşüb, qumbaratanla 1 tankını məhv edib, əlində qumbara ilə digər tankın üstünə çıxaraq qumbaranı tankın lyukundan içəri ataraq onu məhv edib. Düşmən tankının üstündən tulanarkən düşmənə məxsus PDM tərəfindən atəş açılıb və Ülfət Kərimov yaralanıb.

O, yaralı halda Aşıq Şəmşirin məzarını dağıtmaq üçün irəliləyən düşmənə məxsus PDM-in altına tullanıb, əlində qumbara ilə onu partladaraq qəhrəmancasına şəhid olub. Ekipaj ilə birlikdə 22 düşmən həmin andaca cəhənnəmə vasil olmuşdur.

Briqada komandirinin, hərbi hissənin zabitlərinin verdikləri təqdimata əsaslanan N hərbi hissəsinin komandiri polkovnik-leytenant R.A.Cəfərov Azərbaycan Respublikasının müdafiəsində göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrini nəzərə alaraq Ülfət Ələkbər oğlu Kərimovun “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı ilə təltif olunmasını təklif edib.

Amma Ülfət Kərimov bu adı hələ ala bilməyib...

Tarix
2023.04.08 / 13:01
Müəllif
Zaur Əliyev
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla