Yuxarı

Xalq artisti: “Damcılayan sudan qorxuram”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hansı fobiyalarınız olub və hələ də bu fobiyalarınız sizə rahatlıq vermir?

Axar.az bu sualla tanınmış sənət adamlarına müraciət edib.

Xalq artisti Firəngiz Mütəllimovanın maraqlı bir fobiyası var:

"Mənim iki şeyə fobiyam var, bunlardan biri hündürlükdür. Bir də krandan damcılayan sudan qorxuram".

Əməkdar artist Dilarə Əliyevanın fobiyasına əksər adamlarda rast gəlmək olur:

"Qaranlığa qarşı fobiyam var. Bir də itlərə... Doğrusu, itdən it kimi qorxuram".

Aparıcı Şəhriyar Əbilov fobiyası olmadığını bildirib, lakin:

"Mənim fobiyam yoxdur. Amma siçovullardan qorxmasam da, iyrənirəm".

Aktrisa Pərvin Abiyeva dərinlikdən qorxur:

"Suya, dənizə, ümumilikdə dərinliyə dəhşətli dərəcədə fobiyam var".

Aktyor Azər Baxışəliyevin bir vaxtlar qəribə bir fobiyası olub:

"İndi heç bir fobiyam yoxdur, amma uşaqlıqda olub. Açıqlıq yerlərdən qorxurdum. Ən qorxulu yuxum da bu olurdu: özümü stadionun ortasında tək-tənha görürdüm. Böyüdükcə bu fobiya keçməyə başladı".

Model Rüstəm Cəbrayılov hündürlükdən qorxduğunu bildirib:

"Hündürlüyə qarşı fobiyam var. Hündür yerlərdən çəkinirəm".

Tarix
2016.01.15 / 08:30
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla