Yuxarı

Flora xanım Röyaya elə söz dedi ki… - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Flora xanım Röyaya elə söz dedi ki… - Video

"ATV Maqzin onlarla" verilişinin bu həftəlik "Hit mahnılar" rubrikasında Elton Hüseynəliyev layiq bildiyi sənətçiləri seçib, xalq artisti Flora Kərimova isə onun seçimi olan sənətçiləri şərh edib.

Axar.az gecce.az-a istinadən xəbər verir ki, Elton 10-cu pilləyə Günay İbrahimlini, 9-cu pilləyə Ramalı, 8-ci pilləyə Zamiqi, 7-ci pilləyə Nadir Qafarzadəni, 6-ci pilləyə Abbas Bağırovu, 5-ci pilləyə Sevda Ələkbərzadəni, 4-cü pilləyə Aygün Kazımovanı, 3-cü pilləyə isə Natavan Həbibini seçib.

Birinci və ikinci pillədə isə fikirlər haçalanıb. Elton birinci pilləyə Röya Ayxanı, ikinci pilləyə isə Brilyant Dadaşovanı layiq görüb. "Paxıl insandır, ona görə sənətini qəbul edə bilmirəm. Yaxşıya yaxşı deyə bilmirsinizsə, sənətkar ola bilmərsiniz. Sənətkar o insandır ki, sözün düzünü deməyi bacarsın" – deyən Elton Brilyant Dadaşova barədə heç də yüksək fikirdə olmadığını nümayiş etdirib.

Flora xanım isə Brilyant Dadaşovanı yüksək qiymətləndirib: "Mən heç Brilyant xanımı ikinci yerdə görə bilmərəm. O, yeni vokalın təməlini qoyan səsdir".

Eltonun birinci yerə layiq gördüyü Röya barədə isə Flora Kərimova bunları deyib:

"Röya illərlə gündəmdə ola bilər, amma böyük mənada sənətkar ola bilməz. Röyanın naxışı ondandır ki, mahnıları gözəldir. Gözəl ürəyi var. Amma ürəyi olan sənətkar ola bilməz. Çünki sənətkara texnika lazımdır. Röya eyni tərzdə oxuyur. Röyanın heç bir mahnısı obraz etibarı ilə bir-birindən fərqlənmir".

Tarix
2016.02.07 / 23:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla