Məşhur rus yazıçısı Aleksey Nikolayeviç Tolstoy "Birinci
Pyotr" romanı üzərində işləyərkən kifayət qədər qeyri-adi faktla
rastlaşır: Rusiya monarxlarının ən böyüyü, Romanovlar ailəsinin
fəxri I Pyotrun nə rus millətinə, nə də familiyasına hər hansı bir
dəxli var!
Strateq.az xəbər verir ki, bu fakt yazıçını
son dərəcə həyəcanlandırır və digər böyük diktatorla (Stalinlə -
red.) tanışlığından istifadə edib, elə ehtiyatsız digər yazıçıların
taleyini də yada salaraq məsləhət üçün ona müraciət etmək qərarına
gəlir. Həm də ona görə ki, məlumatın hansısa mənada rəhbərə kifayət
qədər dəxli var idi.
Məlumat fitnəkar və yayğın mənalı idi. Aleksey Nikolayeviç
sənədi, yəni, I Pyotrun mənşəcə rus deyil, gürcü olduğundan açıq
şəkildə xəbər verən hansısa məktubu Stalinə gətirir!
Maraqlıdır ki, Stalin bu qədər qeyri-adi insidentdən əsla
təəccüblənmir. Hətta sənədlə tanışlıqdan sonra Tolstoydan bu faktı
gizlətməyi xahiş edir və onun ictimailəşməməsi üçün öz istəyini
kifayət qədər sadə şəkildə əsaslandırır: "Heç olmasa, onların fəxr
edə biləcəyi bir "rus"u saxlayaq!"
Bəs bu, hansı məktub idi ki, "xalqlar atası" onu gizlətməyi
məsləhət bilmişdi?
Söhbət İmeretiya çarı II Arçilin qızı Darya Arçilovna
Baqration-Muxranskyanın öz əmisi qızı, minqrel knyazı Dadianinin
qızına məktubundan gedir.
Pyotrun atasının hansı gürcü knyazının olması barədəsə iki
versiya var.
I versiyaya görə, 1669-cu ildə çar Aleksey Mixayloviçin arvadı
Mariya İlyiniçna Miloslavskaya doğuşdan sonra vəfat edib. Bundan
sonra çara o vaxt Moskvada yaşayan Krım-tatar knyaginyası Natalya
Krillovna Narışkinanı məsləhət görürlər. Və gündəmə varis məsələsi
çıxır. Çünki birinci arvaddan doğulanlar çarın özü kimi xəstə və
sısqa idilər. Lakin yeni varisi dölləşdirəsi ata da lazım idi.
Tarixçilərin araşdırmasına görə, bu missiya üçün ən uyğun namizəd
çar Aleksey Mixayloviçin yaxını, gürcü şahzadəsi İrakli idi. Gürcü
şahzadəsi sarayda həm də "xaç atası" rolunu oynayırdı. Bu dəfə isə
döl məsələsində də yardımçı olmağa məcbur oldu. O, uşağın adını
Pyotr qoyduqdan sonra 1674-cü ildə Rusiyanı tərk etdi və Kaxetiya
knyazlığının taxtına çıxdı. Amma bu rütbəni əldə etmək üçün İslamı
qəbul etməli oldu...
İkinci versiyaya görə, gələcək monarxın atası İran şahının
basqısı altında Gürcüstandan qaçmış və bir neçə ay çarın sarayında
qonaq olmuş İmeretiya çarı II Arçildir. Onu praktik olaraq
knyaginyanın yataq otağına baş çəkməyə, daha doğrusu, gözlədikləri
uşağın dölünü tutmağa məcbur ediblər...