Yuxarı

Rusiyalı turistlər Qarabağa maraq göstərir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialı Rusiyada keçirilən 30-cu “MITT - beynəlxalq turizm və qonaqpərvərlik sənayesi” sərgisində təqdim olunur.

Kult.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə jurnalistlərə açıqlamasında deyib.

Qeyd olunub ki, sərgidə ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, 13 yerli sənaye nümayəndəsi təmsil edir.

“Rusiya Azərbaycan turizmi üçün prioritet bazarlardan biridir. Ötən il Azərbaycana səfər edən xarici turistlər arasında ilk yeri məhz Rusiya vətəndaşları tutub. Belə ki, 40 faiz artımla Rusiyanın 624 mindən çox vətəndaşı Azərbaycana səfər edib. Rusiya vətəndaşlarının xarici ölkələrə etdikləri səfərlər arasında da ilk yeri Azərbaycan tutur. Biz Rusiyadan Azərbaycana gələn turistlərin sayını daha da artırmağı planlaşdırırıq”, - Agentlik rəsmisi bildirib.

O xatırladıb ki, martın əvvəlində Azərbaycan ilə Rusiya arasında 2024-2026-cı iləri əhatə edən hökumətlərarası saziş imzalanıb. Üç il ərzində digər sahələrlə yanaşı, turizm sahəsində də əməkdaşlığı genişləndimək nəzərdə tutulub. O, həmçinin yaxın vaxtlarda Azərbaycan Turizm Agentliyinin Rusiyada nümayəndəliyinin açılacağını da diqqətə çatdırıb.

Agentlik nümayəndəsi qeyd edib ki, azad olunmuş ərazilərdə rekord sürətlə infrastruktur, o cümlədən turizm infrastrukturu yaradılır. Cari ildən etibarən azad edilmiş ərazilərə xarici turistlərin səfərləri təşkil olunur. Müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan da işğaldan azad edilmiş ərazilərə turistləri cəlb etməyə başlamışıq. Biz görürük ki, sərgilərdə, beynəlxalq tədbirlərdə bu ərazilərə maraq böyükdür. Qarabağın güclü turizm potensialı var. Orada müxtəlif turizm xidmətləri, o cümlədən yay turizmi, qastroturizm, qış turizmi ilə bağlı xidmətlər yaradılacaq”.

Tarix
2024.03.19 / 19:29
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla