Yuxarı

Şuşada yaşamaq istəyirəm: iş olsa... - Xuraman

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşaya köçmək üçün Şuşa Şəhər İcra Hakimiyyətinə müraciət etmişəm. 18 yaşım olanda Şuşa qeydiyyatından çıxıb, Bakı qeydiyyatına düşmüşəm deyə, məsələ bir qədər uzanır.

Kult.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a müğənni Xuraman Şuşalı deyib.

O, qardaşının da Şuşaya köçəcəyini bildirib:

"Azərbaycanda ənənəyə görə ata mülkü oğula qalır. Bu səbəbdən Allahın izni ilə qardaşım Şuşaya köçəcək. Bizim Şuşada iki evimiz olub. Qardaşım köçdükdən sonra biz təkrar müraciət edəcəyik. Hələ ki qardaşımın köçməyini gözləyirik, artıq onu qeydiyyata alıblar".

İfaçı qeyd edib ki, işlə təmin olunarsa, köçüb Şuşada yaşamağa hazırdır:

"Mən, əlbəttə ki, köçmək niyyətindəyəm. Nə vaxt ki, insanlar köçəcəklər, mən də köçəcəyəm. Hazırda köçənlər işlə də təmin olunublar. Getdiyin yerdə işləməlisən. Mən də işləmək istəyirəm, çünki toydan-toya gedib-gəlmək düzgün deyil. Vətənimdə daimi çalışmaq istəyirəm. Şuşada oxuduğum Niyazi adına musiqi məktəbində çalışmaq istəyərəm. Harada olarsa, harada deyərlərsə, orada da işləməyə canla-başla hazıram. Həyat yoldaşım da mənimlə birgə köçməyə hazırdır. Onun da istəyi var. Mən harada xoşbəxtəmsə, o da mənimlə birgə orada olmaq istəyir. Əgər mən gedərəmsə, ailəm də mənimlə birgə olacaq.

Allah hər kəsə öz vətənində yaşamağı nəsib etsin, mən də öz vətənimdə çox xoşbəxtəm. İnsan doğulduğu torpaqda xoşbəxt olur. Alimlərdən biri deyib ki, harada doğulmusansa, orada yaşasan, həm uzunömürlü olarsan, həm də xoşbəxt.

Mən də üç dəfə Şuşaya getmişəm, hər dəfə də anlada bilməyəcəyim qədər xoşbəxt olmuşam. Bu hissi sözlərlə ifadə etmək olmur. Allah şəhidlərimizə rəhmət etsin! Kədər, nostalji öz yerində, amma insan doğma torpağında tam başqa cür xoşbəxt olur. Allah mənə nəsib etsin, elə orada da yaşayım".

Tarix
2024.05.29 / 17:50
Müəllif
Kult.az
Digər xəbərlər

ABŞ-ın Zəngəzur planı - İrəvandan rəsmi cavab

Səfərov və Lalayev apellyasiya şikayəti verdi

Ekstrasensdən sevindirici proqnoz: 2027-ci ildə…

Bakı böyük oyuna girdi: Ərdoğan, Əliyev və Nikol birgə...

Azərbaycanla dostlaşmağın yolu... - Rusiyalı senator

Bakı-Moskva münasibətlərini bu ölkə korladı – Özər

Əliyev və Paşinyan Dubayda görüşə bilər

Qırğızıstan prezidenti Moskvadan Azərbaycana yola düşdü

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla