Yuxarı

Bişkekdə Azərbaycan mədəniyyətinin təntənəsi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bişkekdə Azərbaycan mədəniyyətinin təntənəsi - Foto

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20-25 aprel tarixlərində Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

Kult.az xəbər verir ki, aprelin 21-də Toktokul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti olub.

Gecədə hər iki ölkənin mədəniyyət nazirləri Adil Kərimli, Mirbek Mambataliyev, TÜRKSOY-un baş katibi Sultan Raev, digər rəsmilər, tanınmış mədəniyyət xadimləri və sənətsevərlər iştirak ediblər.

Qala konsertdən öncə nazirlər Adil Kərimli və Mirbek Mambataliyev çıxış edərək mədəniyyətin xalqlarımızın qardaşlığını daha da möhkəmləndirdiyini bildiriblər. Bu qəbildən mədəniyyət layihələrinin davamlı təşkilinin əhəmiyyəti vurğulanıb.

Sonra səhnə incəsənət ustalarına verilib.

İlk olaraq “Qarabağ" orkestri “Dostluq kompozisiyası”nı təqdim edib.

Sonra Azərbaycan Dövlət Rəqs Ansamblı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının mövzularına “Fantaziya", “Nəlbəki”, “Qaytağı”, "Uzundərə" rəqslərinin ifası ilə tamaşaçıların könlünü fəth edib.

Əməkdar artist Şirzad Fətəliyev (balaban) Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Xalq artisti, xanəndə Teyyub Aslanov “Şuşanın dağları” xalq mahnısını, Səxavət Məmmədov, Nurlan Cəbizadə və Atay Oqonbayev “Maş botoy” (komuz) Tofiq Quliyevin “Qaytağı”, Əməkdar artist İnara Babayeva qırğız bəstəkarı Kalıy Moldabasanovun “İssık göl”, Əməkdar artist Xəyyam Mustafazadə Üzeyir Hacıbəylinin “Sevgili canan”, Xalq artisti Teyyub Aslanov və Əməkdar artist Nuriyyə Hüseynova (duet) Bəhram Nəsibovun “Qarabağ”, Aşıq Samirə və Aşıq Əli Rza Qobustanlının “Gözəldir" və qırğız xalq mahnısı “Komuzçu”, "Qaya” vokal ansamblı Oqtay Kazıminin “Ey həyat” və Vasif Adıgözəlovun “Mən gəzirəm” və Nərgiz Kərimova Muratbek Beqaliyevin “Qırğızıstan” əsərlərini ifa ediblər.

Təntənəli gecə Nərgiz Kərimova, Fatimə Cəfərzadə və Xəyyam Mustafazadənin birgə ifasında Müslüm Maqomayevin məşhur “Azərbaycan” (sözləri Nəbi Xəzrinin) mahnısının sədaları və tamaşaçıların sürəkli alqışları ilə sona çatıb.

Konsertin sonunda iki ölkənin nazirləri səhnəyə çıxaraq ifaçıları təbrik ediblər.

Tarix
2025.04.22 / 10:20
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir

Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?

Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Şahin Şıxlinskinin məhkəməsi başladı

Azərbaycandan Ermənistana neft məhsulları yola salındı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla