Yuxarı

Bizans şahzadəsinin tarixi əsəri: Alçaq, dinsiz ermənilər...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

1082-1094-cü illərdə Konstantinopolda bidətçi təriqəti tədris edən Nil peyda oldu. Nil kilsəni çirkli bir axın kimi su altında qoydu, bütün insanların ruhlarını qarışıqlığa saldı, çoxlarını öz bidətinin uçurumuna apardı.

Axar.az xəbər verir ki, bu sözlər Bizans imperatoru Aleksey Komninin qızı Anna Komninin “Aleksiada” əsərində yer alıb.

Bizans şahzadəsi əsərində Nil inancının mənasını izah edir. Nilin inancına əsasən, insan təbiətin özündə tanrılaşdırılıb. Bizans kilsəsinin doktrinasına görə isə İsada birləşmə iki – ilahi və insani başlanğıcdan ibarət olub.

“Bu zaman paytaxtda xeyli erməni var idi. Nil onların arasında şərin alovu olmağa hazır olan qığılcım kimi peyda oldu. Nil təriqətinin xüsusi olaraq pislik yaratdığı Tiqran və Arsakla tez-tez söhbətlər apardı”, - əsərdə bildirilib.

Müdrik rusiyalı bizansşünas F.Uspenski hesab edir ki, adları çəkilən şəxslər erməni olmayıblar:

“Burada yer alan adlara biz erməni millətinin nümayəndələri kimi yox, ümumiyyətlə, kilsə əleyhinə təlimin sözçüləri kimi baxmalıyıq”.

“Aleksiada”nın tərcüməçisi məşhur bizansşünas Y.N.Lyubarski haqlı olaraq niyə F.Uspenski kimi qocaman alimin Annanın qeyd etdiyi adların tipik erməni adları olmasını qəbul etməməsini anlamadığını deyir. Belə ki, imperator Aleksey Komninin böyük ehtimalla Nilin davamçılarına qarşı yönələn erməni sayıqlamaları barədə nitqi hələ də qorunub saxlanılır.

Annanın əsərinin başqa yerində isə Frakiyanın (müasir Bolqarıstan) paytaxtı Filippopoledə o zamanlar ermənilərin də yaşadığı göstərilib:

“Filippopolda bədbəxtliklər pis əməllərin çox yaşaması ucbatından yayıldı. Bu şəhəri öz aralarında boqomilçi adlanan ermənilər və pavlikianlar bölmüşdü”.

Əsərdə həmçinin Bizans şahzadəsi daha bir erməni – imperator atasına yaxınlığı ilə seçilən Aspiyet barəsində yazıb. Belə ki, 1105-ci ildə Normand knyazı Boemund xaç yürüşlərini davam etdirməsi üçün Avropaya əlavə ordu toplamağa gedir və Kiçik Asiyada özünün müavini olan qohumu Tankredi qoyur.

Anna Komnina yazır ki, Boemundun növbəti yürüşü barədə xəbərlər ətrafa yayılır və imperator normanların mümkün hücumunun qarşısını almaq üçün tələsik tədbirlər görür. Potensial risk zonasına hərbi rəislər, o cümlədən monastra tabe olan bütün şəhər və vilayətlər, eləcə də Aspiyet göndərilir.

“Bu kişi erməni nəslindən idi və söz-söhbətlərə görə öz cəsarəti ilə məşhur idi. Əlbəttə ki, hadisələr onun reputasiyasını, özəlliklə, sərkərdə kimi təsdiq etmədi”, - deyə Komnina qeyd edir.

Onun sözlərinə görə, normanlar açıq şəkildə mühasirə maşınları quraraq hücuma hazırlaşdıqları vaxtda hansısa vasitə ilə imperator Alekseyin etibarını qazanan bu erməni ehtiyatsızlıq edib ziyafətlər təşkil edirdi. Komnina sözlərini belə davam etdirir:

“Sanki onun qorxacağı heç kim yox idi, sanki onu heç kim təhdid etmirdi və sanki onlar üzərində heç bir təhlükə yox idi. Nəticədə bu erməni şəhvət düşkünü adama çevrildi və mühasirə vaxtı çatanda öz gücünü nümayiş etdirdi”.

Komnina məhz onun ucbatından Bizansın Kilikiyanı əbədi itirdiyini yazırdı.

Bizans şahzadəsinin əsərində çoxluq təşkil edən erməni bidətçilərin pravoslavları sıxışdırmağa və təqibə başladığı da yer alıb:

“Onlar imperatorun bütün nümayəndələrinə məhəl qoymayaraq, şəhərdəki xristianları sıxışdırdılar, onların əmlakını taladılar. Onlara erməni axını qoşuldu. Bu, bütün murdarlığın boşaldılması idi”.

Burada müəllif atası Aleksey Komninin imperiyanın sərhədlərində təhlükəsizliyin gücləndirilməsi üçün qəbul etdiyi erməni-qriqoriyanların məskunlaşdırılmasını və onların Bizansı sataraq, Səlcuqlar və onların vassalları ilə əlaqəyə girmələrini nəzərdə tutub.

Tarix
2020.02.19 / 22:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla