Yuxarı

Avropalıları qıran “Qara ölüm” də Çindən başlamışdı - Tarix

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropalıları qıran “Qara ölüm” də Çindən başlamışdı - Tarix

Atalar oğullarını, analar övladlarını tərk edir, xidmətçilər xanımlarından qaçır, notariuslar ölülərin son arzularını qeyd etməkdən vaz keçir, həkimlər, rahiblər və rahibələr xəstələri ziyarətə getmirdi. Heç kim xristian adətlərinə uyğun basdırılmırdı. Evlər bir məzarlığa çevrilmişdi...

Kult.az xəbər verir ki, bu sözlər Bokkaççonun XIV əsrdə geniş yayılmış və vəbanın bir hissəsi olan “Qara ölüm” adlandırılan xəstəliklə bağlı yazdığı “Dekameron” əsərində qeyd olunub. XIV əsrdə baş vermiş “Böyük”, yaxud “Qara ölüm” adlı, 50 milyondan artıq insan təlafatına səbəb olmuş ikinci pandemiya Çində başlamış, Hindistana, Afrikaya, Avropaya, hətta Rusiyaya yayılmışdı.

“Qara ölüm” Avropa nüfuzu üzərində böyük təsir yaratmış və sosial təməllərini dəyişdirmişdi. Roma katolik kilsəsi devrilmişdi, xristianlar, yəhudilər, müsəlmanlar – hər kəs sabaha inam olmadığı üçün yalnızca bu gününü yaşayır, həyatdan maksimum həzz almağa çalışırdı. Xəstəliyin adı “cuma” (paxla) ərəb sözündən törəmişdir. Bunun səbəbi infeksiyanın tez-tez baş verən xarakterik simptomudur – iltihablaşmış limfatik düyünlərin böyüyərək xarici görünüşünə görə paxlaya bənzəməsi.

1347-1351-ci illər arasında “Qara ölüm” Avropada özünü büruzə verir. Təkcə 1352-ci ildə Avropa əhalisinin 1/3 hissəsi – 25 milyon insan bu xəstəlikdən məhv olmuşdu. Rusiyanın paytaxtı Moskvanın hələ də bu ölümün qurbanı olan yüz minlərlə insanın sümükləri üzərində dayandığı deyilir.

Epidemiyanın ilk dövrlərində ölüləri yandırır və ya ümumi məzarda dəfn edirdilər. Ancaq sonradan onlar üçün xüsusi qəbiristanlıqlar salındı. 1442-ci ildə Venesiyada və demək olar ki, eyni vaxtda Rusiyada ilk dəfə olaraq “Qara ölüm” əleyhinə karantin tədbirləri tətbiq edilmişdi. Yalnız bundan sonra xəstəliyin yayılması dayandırılmışdı.

Bu gün də istifadə etdiyimiz karantin sözü də məhz sözügedən “Qara ölüm” epidemiyasından qalıb.

Qeyd edək ki, hazırda da yeni növ koronavirusun Çindən yayılması bu tarixi gündəmə gətirib.

Tarix
2020.03.01 / 08:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla